"Cərimənin 2 dəfə qalxmağının tərəfdarıyam" - Vaqif Əsədov

"Cərimənin 2 dəfə qalxmağının tərəfdarıyam" - Vaqif ƏsədovBakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov son günlər cərimələrin artırılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə BiG.AZ-a açıqlama verən Vaqif Əsədov cərimələrin artırılmasının prioritet olmadığını bildirsə də, artımın lehinə olduğunu qeyd edib: "Bugünkü gündə tətbiq edilən cəza mexanizmi, cərimələrin manatla ifadəsi tələblərə uyğundur. Belə davam etsə cərimələr artmağa doğrudur. Əgər sürücü imkan olduğu halda yolun kənarında saxlamırsa, yolun ortasında saxlayıb qəza duracaq işıqlarını yandırıb telefonla da rahat danışırsa, adını da qoyursa ki, "bir dəqiqə", o zaman mən cərimənin 2 dəfə qalxmağının tərəfdarıyam. Bu məsələ ilə bağlı cəzalar bir qədər sərt olmalıdır. Sərtlikdən başqa onun icra mexanizmi də olmalıdır.

Piyadalarla bağlı tətbiq olunan cəzaların icra mexanizmi nisbətən zəif olduğundan piyada vurma halları 67 faizə çatıb. Baxmayaraq ki, 84000 piyadanı cəzalandırmışıq. Onların hamısı cəriməsi ödəməyib. Təxminən 44 faizi ödəyib. Onunda mexanizmini güdə bilmərik ki cəzasın ödəsin. Yalnız ölkədən gedəndə deyə bilərik ki, sizin ödənməmiş cəriməniz var. Hər kəs də işləmir ki, cəriməsini iş yerinə göndərək.

Bugünkü gündə cərimələrin artımı haqqında bir məlumatım yoxdur. Lakin artımın lehinəyəm. Biz islam dininə itaət edən vətəndaş kimi cəzanın sərtliyindən ehtiyat edib özümüzü yığışdırırıq. Piyadalar üçün nəzərdə tutulmuş cərimələrə 3 aya kimi faiz gəlir sonra dayandırılır və evinə iş yerinə "bildiriş" gedir. Müasir qanunda cərimənin ödənilməsi qaydası cərimə ödənilməlidi. Əks halda ölkədən çıxışına icazə verilmir. Maksimum 32 manata kimi qalxır".

Həmçinin Vaqif Əsədov bir zamanlar polisin korrupsiyaya yol verə biləcək halların olduğunu bildirsə də hazırda yeni mexanizm vasitəsilə bunun qarşısının alındığını bildirib: "Yol hərəkəti haqqında qanuna dəyişiklik edilməsi günün zamanın tələbindən irəli gəlir. Yəni vaxtilə əldə mobil telefon saxlamaqla 15 manat cərimə nəzərdə tutulmuşdusa, indi konkret rəqəmlər müəyyən edilib. Belə ki, əvvəllər sürücü ilə polis arasında korrupsiyaya imkan verəcək məqamlar var idi, indi isə konkret 50 manatdır. Əvvəllər polis cəriməni yerindəcə sürücüdən alırdı. İndi isə texnologiya inkişaf edib, protokol tərtib edilir, istəyirsiniz bankdan ödəyin, istəyirsiniz xarici ölkədən".

BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3757   Tarix: 01 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 152
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

14:04 270
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 226
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

12:26 399
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 629
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

16:21 156
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 534
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 258
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 792