Bakıda vergidən yayınan mağazalar aşkarlandı - SİYAHI

Bakıda vergidən yayınan mağazalar aşkarlandı - SİYAHI"Forte kids" və "Forte fashion" əmtəə nişanı altında fəaliyyət göstərən obyektlərin vergi uçotundan yayındırıldığı müəyyən edilib

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən Bakı şəhəri Yasamal və Xətai rayonlarının ərazisində Vergi Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan şəxslərin aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti tədbirləri keçirilib.

Media və Kommunikasiya Mərkəzindən BiG.AZ-a verilən məlumata görə, bu tədbirlər zamanı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal D.Bünyadzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində və Əhməd Cəmil ev 66, mənzil 1 ünvanında yerləşən "Forte Fashion", habelə Xətai rayonu, Əhmədli ŞTQ, Sarayevo küçəsi 22A, məhəllə 2325 ünvanda yerləşən "Forte Fashion" və "Forte kids" adlı geyim mağazalarında vergi orqanında uçota alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsi faktları aşkar olunaraq Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada rəsmiləşdirilib.

Bununl yanaşı, D.Bünyadzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində yerləşən "Forte Fashion" geyim mağzasında 4 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və 255389 manat məbləğində malların uçotdan yayındırılması, Əhməd Cəmil ev 66, mənzil 1 ünvanında yerləşən "Forte Fashion" geyim mağazasında 8 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və 291919 min manat məbləğində malların uçotdan yayındırılması, Xətai rayonu, Əhmədli ŞTQ, Sarayevo küçəsi 22A, məhəllə 2325 ünvanda yerləşən "Forte Fashion" geyim mağazasında 72 564 manat, "Forte kids" uşaq geyimləri mağazasında 57394 manat məbləğində malların uçotdan yayındırılması halları müəyyən edilib.

Vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı vergi əməkdaşlarına öz xidməti vəzifələrini yerinə yetirməyə maneçilik törətməyə, mağazalarda çalışan işçiləri gizlətməyə cəhdlər olunub. Aparılmış araşdırmalar nəticəsində qeyd olunan təsərrüfat subyektlərində (obyektlərində) Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində vergi ödəyicisi kimi uçota alınmış İmanov İman İlqar oğlunun sahibkarlıq fəaliyyəti göstərdiyi müəyyən edilib.

Keçirilmiş vergi nəzarəti tədbirləri zamanı İmanov İman İlqar oğluna aid olan, Bakı şəhəri Nəsimi Rayonu, Hüseynbala Əliyev ev 34, m.36 ünvanda yerləşən "Forte kids" adlı geyim mağazasında da 3 fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb olunması və 82000 manat malların uçotdan yayındırıldığı aşkar edilib.

Aparılmış vergi nəzarəti tədbirləri zamanı "Forte kids" və "Forte fashion" əmtəə nişanı adı altında 5 obyektdən 4-də qanunsuz sahibkarlıq fəaliyyəti göstərildiyi, həmin obyektləırin ümumi sahəsinin 700 kv. metr, uçotdan gizlədilmiş malların dəyərinin 729266 manat, əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuş fiziki şəxslərin sayının isə 15 nəfər olduğu müəyyən edilərək, aşkarlanmış faktlar üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1911   Tarix: 27 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 32490-a çatıb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 32490-a çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 173 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail qüvvələrinin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlard

27.03.2024 202
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

14:00 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Şəmkirdə 7-ci sinif şagirdini bıçaqlayan şəxs tutuldu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun ba

11:06 0
.

Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. "Qafqazinfo"xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. "Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqəda

27.03.2024 437
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0