Xalq artistləri Fədayədən danışdı: "Bacısı yanıma gəldiyi üçün..."

Xalq artistləri Fədayədən danışdı: "Bacısı yanıma gəldiyi üçün...""Hər şeydən öncə Fədayə bir sənət adamı, Azərbaycan xanımıdır. Onun içəridə olması yaxşı hal deyil. İnanmıram ki, hansısa sənətçi xanım cinayət törətsin. Buna inanmıram".

Bu sözləri musavat.com saytına açıqlamasında xalq artisti Mənsum İbrahimov məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçınla bağlı danşarkən deyib.

F. Laçının azadlığa buraxılması ilə bağlı prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayan 9 xalq artistindən biri olan M. İbrahimov Fədayənin sənətkar olduğunu deyib:

Xalq artistləri Fədayədən danışdı: "Bacısı yanıma gəldiyi üçün...""Hər kəsin həyatında səhv ola bilər. Günahı varsa, cəzasını almalıdır. Amma onun sənətkar xanım olması nəzərə alınmalıdır. Müraciət üçün mənə yaxnlaşılanda məmnuniyyətlə imzaladım. Bu işə ürəklə yanaşmışam. Cəmiyyət də Fədayəyə biganə qalmamalıdır. Yaxın münasibətimiz olmayıb, amma sənətinə, səsinə bələdəm. O torpağı işğalda olan xanımdır. Sənətinə görə ona humanist yanaşılmalıdır. Müraciətimizə müsbət cavab alacağımıza inanıram".

Xalq artistləri Fədayədən danışdı: "Bacısı yanıma gəldiyi üçün..."Xalq artisti Alim Qasımov Fədayə ilə heç vaxt görüşmədiyini, xanım olduğu üçün müraciətə qoşulduğunu deyib: "Heç vaxt Fədayə ilə görüşməmişəm, münasibətim olmayıb. Xanımdır , səhv edib. Hadisə haqqında ətraflı məlumatım yoxdur. Bacısı yanıma gəldi, mən də böyük sənətkarlara qoşulub, imzaladım. Bu barədə çox danışmaq istəmirəm".

Müğənninin vəkili Türkel Süleymanlı isə bildirib ki, hələ müraciətə hər hansı cavab gəlməyib.

Xalq artistləri Fədayədən danışdı: "Bacısı yanıma gəldiyi üçün..."Qeyd edək ki, müraciəti Alim Qasımov, Aftandil İsrafilov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova imzalayıblar. Müraciətdə Fədayə Laçının sənət adamı kimi xidmətlərinin nəzərə alınaraq, bağışlanılması istənilir.

Xatırladaq ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5952   Tarix: 26 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə - Fotolar

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında qonaq olub. İfaçının üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Qeyd edək ki, V.Məhərrəmli bir müddət əvvəl üzündə plastik əməliyyat etdirib. O, üzündək

26.03.2024 1155
.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 445
.

Zaranın formada qalma sirri

Türkiyəli müğənni Zara formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi müsahibəsində 9 kiloqram çəki atmasından danışıb:. "Tərəvəzli yeməklər yeyirəm. Günəş batandan sonra qidalanmıram. Həftənin 3 günü idman edirəm. Ən vacibi də stressdən uzaq dururam"

27.03.2024 366
.

Vasif plastik əməliyyatdan sonra İLK DƏFƏ EFİRDƏ - VİDEO

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. xəbər verir ki, o, "Zaurla Günaydın" verilişində qonaq olub. Günay Məhərrəmliyə "Vasif bəy ilk dəfədir efirdə, hə?" deyərək əməliyyata eyham vurub. Müğənni isə "Hə" cavabı ilə mövzunu bağlama

24.03.2024 1189
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 572
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 990
.

Naxçıvanda konsert verən Roza səhnədəki bu hərəkəti ilə GÜNDƏM OLDU - VİDEO

Müğənni Roza Zərgərli Naxçıvanda konsert proqramı ilə çıxış edib. Bizim.Media xəbər verir ki, sənətçinin Elşən adlı azyaşlı pərəstişkarı səhnəyə qalxaraq gözlənilmədən onun dodağından öpüb. Bundan sonra nə deyəcəyini bilməyərən fanat üzünü səhnəyə tutub və etdiyi hərəkətdən utanıb. Zərgərli isə fanatını

26.03.2024 899
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25.03.2024 421
.

Rihanna dəyişdi - Foto

Barbadoslu dünyaca məşhur müğənni Rihanna yeni görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı Kaliforniyanın Santa Monika şəhərində paparatsilərin obyektivinə tuş gəlib. Rihanna qara uzun saçlarını kəsdirərək sarı rəngə boyadıb

24.03.2024 494