"Atamın qayıdışına lap az qalıb…" – Dilqəm Əsgərovun oğlu

"Atamın qayıdışına lap az qalıb…" – Dilqəm Əsgərovun oğluBeynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağda saxlanılan şəxslərlə görüşüblər.

Bu barədə Modern.az-a məlumat verən BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, noyabr ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha başçəkmə baş tutub:

"Şəxslərin saxlanma şəraiti, onlarla rəftar monitorinq edilib. Onlara ailələrindən məlumatlar çatdırılıb, həmçinin ailələrinə çatdırılması üçün onlardan məlumatlar götürülüb".

Şahbaz Quliyev ailəsinə yazdığı məktubda hər şeyin normal olduğunu bildirib. Həmçinin, ailə üzvlərinə ondan nigaran qalmamalarını tövsiyə edib.

Digər həmvətənimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da Modern.az-a atasından məlumat aldığını bildirib:
"Atam sonuncu məktubunu noyabrın 1-də yazıb.Hər şeyin yaxşı olduğunu deyir".

D.Əsgərov və Şahbaz Quliyevin bir-birilə təmaslarına gəlincə, K.Əsgərov atasının həbsxanada tək saxlanıldığını bildirir:
"Atam kişidir. Kişi kimi yaşayıb, kişi kimi də yaşayır, orada da kişi kimi tək qalır".

4 ilə yaxındır Qızıl Xaç Komitəsindən məlumat aldıqdan sonra saytımıza mütəmadi açıqlamalar verən və həmişə ümidsiz olan K.Əsgərov ilk dəfə olaraq, bu qədər inamlı danışır:
"Atamın qayıdışına lap az qalıb. Son 1 il 6 ay. Mən ali baş komandanımız, cənab İlham Əliyevə, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova güvənirəm. Atam qayıtdıqdan sonra bilinməyən çox şeyləri öyərənəcəksiniz. O zaman hər şeyi daha yaxşı anlayacaq hər kəs. Hər şeyin vaxtı var. İndi üçün yalnız onu deyə bilərəm ki, Dilqəm Əsgərov orada təklənib, kişi kimi tək mübarizə aparır".

K.Əsgərov hazırda dövlət səviyyəsində işlərin sürətləndiyini vurğulayıb:
"Cənab prezidentin sayəsində mən atama qovuşacağıma inanıram. Dilqəm Əsgərov qayıtdıqdan sonra sizə qaranlıq qalan sualları özündən soruşarsınız. Atam demiş "Allah Kərimdir". Güclü liderimiz sayəsində o günlər yaxındadır".

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.
2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Üçünücü azərbaycanlı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1880   Tarix: 26 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

12:26 0
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27.03.2024 398
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

16:57 0
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

10:06 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

16:16 0
.

"Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq"

"Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 389

10:46 0