Misir terrorunda ölənlərin sayı 235 nəfərə çatdı – VİDEO + YENİLƏNİB

Misir terrorunda ölənlərin sayı 235 nəfərə çatdı – VİDEO + YENİLƏNİBMisirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı artır.

BiG.AZ xəbər verir ki, ölənlərin sayı 235-ə yüksəlib.

Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir.

Xəbərdə həmin məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb. oxu.az

***

18:26

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misir təhlükəsizlik qüvvələri Ravza məscidi yaxınlığında həm partlayış törədildildiyini, həm də 4 avtomobildən cümə namazına gələnlərə atəş açıldığını bildiriblər.

***

17:46

Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb, 120 insan xəsarət alıb.

BiG.AZ xəbər verir ki, bu barədə "CBC Extra" telekanalı xəbər verir.

Şimali Sinayın bütün xəstəxanalarında fövqəladə vəziyyət elan edilib. oxu.az

***

16:58

Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb, 80 insan xəsarət alıb.

BiG.AZ xəbər verir ki, bu barədə "Sky News Arabia" xəbər verir.
Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.

Misir terrorunda ölənlərin sayı 235 nəfərə çatdı – VİDEO + YENİLƏNİBMisir terrorunda ölənlərin sayı 235 nəfərə çatdı – VİDEO + YENİLƏNİB');