Moskvada azərbaycanlı sahibkar özünü yandırdı

Moskvada azərbaycanlı sahibkar özünü yandırdıMoskva vilayətinin Korolyov şəhərində azərbaycanlı iş adamı özünü yandırıb.

BiG.AZ xəbər verir ki, hadisə noyabrın 22-də günorta saatlarında baş verib.

Korolyov şəhərinin Podlipka stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamı, əslən Tovuz rayonundan olan Rövşən Allahverdiyev və ondan "haqq" tələb edən polis əməkdaşı Mixail Vinoqradov arasında mübahisə yaranıb. Mütəmadi olaraq azərbaycanlı sahibkardan pul alan polis kapitanı M. Vinoqradov hadisə baş verən gün R. Allahverdiyevin yanına gəlib. Podlipka stansiyası ətrafında meyvə-tərəvəz piştaxtası olan R. Allahverdiyev bu dəfə polis kapitanına "haqq" verməkdən imtina edib. Bu zaman Vinoqradov onu piştaxtasını yandırmaqla hədələməyə başlayıb və avtomobilindən benzinlə dolu şüşə qab götürərək Rövşənin və piştaxtanın üstünə töküb. Polisin hədəsindən bezən Rövşən kibriti özü alışdırıb. Nəticədə azərbaycanlı iş adamı yanıb.

Podlipka stansiyası ətrafında çalışan digər azərbaycanlılar R. Allahverdiyevi dərhal xəstəxanaya çatdırıblar. Ağır yanıq xəsarətləri alan azərbaycanlı reanimasiyaya yerləşdirilib. Bütün bədəni yanan Rövşənin vəziyyəti ağırdır.

Korolyovda yaşayan azərbaycanlılar apa-ya bildiriblər ki, hüquq-mühafizə orqanları baş vermiş hadisə ilə bağlı hələ heç bir tədbir görməyib. M. Vinoqradov hələ də azadlıqda gəzir. Azərbaycanlılar kapitanın Podlipka stansiyası ətrafında yerləşən piştaxta və mağaza sahiblərindən mütəmadi "haqq" tələb etdiyini təsdiqləyiblər. Bir qrup azərbaycanlı məlum hadisə və M. Vinoqradovun törətdiyi digər əməllərlə bağlı prokurorluğa şikayət ərizəsi yazıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1005   Tarix: 24 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 112
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 156
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 207
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 123
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 242
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 333
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 376
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 795