Müvafiq şəxslərin sosial sığınacaqlara yerləşdirilməsi işinin təşkilinə dair dəyirmi masa keçirilib

Müvafiq şəxslərin sosial sığınacaqlara yerləşdirilməsi işinin təşkilinə dair dəyirmi masa keçirilibAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə müvafiq şəxslərin yerləşdirilməsi işinin təşkilinə dair dəyirmi masa keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən BiG.AZ-a verilən məlumata görə, sosial sığınacaqlar kompleksində keçirilən tədbirdə Dövlət Sosial Müdafiə Fondunun, Bakının rayon İcra Hakimiyyətlərinin nəzdindəki Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların, Daxili İşlər Nazirliyinin və Bakı şəhəri üzrə rayon polis şöbələrinin yetkinlik yaşına çatmayanlarla profilaktiki iş üzrə bölmələrinin və bələdiyyələrin nümayəndələri, Sosial Sığınacaqların rəhbərləri iştirak edib. Tədbir iştirakçıları ilk növbədə Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqdakı və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsindəki şəraitlə tanış olublar. Müəssisələrin hər birində müasir tələblərə uyğun sosial-məişət şəraiti yaradılıb.

Dəyirmi masada müvafiq qruplardan olan insanların yeni sosial xidmət müəssisələrinə qəbulu və bu müəssisələrdə yerləşdirilməsi qaydaları, bu sahədə işlərin aidiyyəti qurumlarla əlaqəli aparılması, şəxslərin həmin sosial xidmət müəssisələrinə yerləşdirilməsinə olan tələbatın qiymətləndirilməsi proseduru barədə iştirakçılara ətraflı izahatlar verilib, onların sualları cavablandırılıb. Bildirilib ki, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin Sosial Sığınacağa qəbulu daxili işlər və yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin müraciətləri əsasında, baxımsız və kimsəsiz uşaqların Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə qəbulu isə şəxslərin və aidiyyəti dövlət orqanlarının müraciətləri əsasında həyata keçirilir.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən müraciətlərə baxılaraq şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onların müəssisəyə qəbul edilib-edilməməsinə dair qərar qəbul olunur.
Tədbirdə müvafiq şəxslərin qeyd olunan sosial xidmət müəssisələrinə yerləşdirilməsi ilə bağlı işlərin koordinasiya olunmuş şəkildə operativ və səmərəli təşkil olunması məsələləri müzakirə olunub, bu sahədə qarşıda duran vəzifələr müəyyən edilib.
Müvafiq şəxslərin sosial sığınacaqlara yerləşdirilməsi işinin təşkilinə dair dəyirmi masa keçirilibMüvafiq şəxslərin sosial sığınacaqlara yerləşdirilməsi işinin təşkilinə dair dəyirmi masa keçirilibMüvafiq şəxslərin sosial sığınacaqlara yerləşdirilməsi işinin təşkilinə dair dəyirmi masa keçirilibMüvafiq şəxslərin sosial sığınacaqlara yerləşdirilməsi işinin təşkilinə dair dəyirmi masa keçirilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 589   Tarix: 24 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21.04.2024 520
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1259
.

Hadise yeni rekorda imza atıb

Müğənni Hadise yeni rekorda imza atıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Üç böyük brendlə 1 illik müqavilə imzalayan Hadise 300 milyon lire qazanıb. Sentyabr sonuna qədər isə 95 konsert verməyə razılaşıb

22.04.2024 938
.

Azərbaycanlı müğənnilər nişanlandı

Müğənnilər Sura İskəndərli və Lil Orxan nişanlanıb. OLAY-ın məlumatına görə, cütlüyün nişan mərasimi bu gün baş tutub. Sura və Orxanın görüntülərini təqdim edirik:. Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan İskəndərli "Ee daha daha nasılsınız" mahnısı ilə daha da populyarlıq qazanıb. Onu

22.04.2024 1301
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 631
.

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər

"Allah bircə balasını saxlasın, toy qismət eləsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə bağlı suala cava

24.04.2024 905
.

Aparıcı ilə xanəndə arasında qalmaqal

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22.04.2024 2865
.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22.04.2024 1280
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 305