İlk öncə bu məcburi köçkünlər evlə təmin ediləcək - "Qaçqınkom" rəsmisi

İlk öncə bu məcburi köçkünlər evlə təmin ediləcək - "Qaçqınkom" rəsmisiMəcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Belə ki, son günlər bu məsələ ilə bağlı artıq ciddi hərəkətlənmə müşahidə edilir.

Aparılan işlər və məcburi köçkünlərin ən qısa zamanda evlə təmin olunması məsələsi ilə bağlı BiG.AZ-a danışan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov prosesin gedişatı ilə bağlı ətraflı məlumat verib: "Məcburi köçkünlərin köçürülməsi prosesi bu gün də davam edir. Hal-hazırda regionlarda yeni yaşayış massivləri salınır, bu barədə mətbuatda da ətraflı məlumatlar verilib. Tərtər rayonu ərazisində böyük bir hündürmərtəbəli yaşayış binası kompleksində artıq işlər başa çatdırılıb. Orada 34 ədəd 4 mərtəbəli yaşayış binası bütün zəruri sosial texniki infrastrukturla təmin edilərək başa çatdırılıb. Yəqin ki, nəzərdə tutulan zamanda həmin rayonda yaşayan məcburi köçkünlər həmin evlərlə təmin ediləcək.

Eyni zamanda Cocuqmərcanlıda əlavə yüz fərdi yaşayış evinin tikintisi, infrastruktur obyektləri ilə birgə başa çatdırılıb. Nəzərdə tutulan vaxtda isə ailələr həmin velərlə təmin ediləcəkdir. BUndan başqa Bakı şəhəri ərazisində də köçürmə prosesləri gedir.

Qeyd edim ki, bu günə qədər 250 min nəfər məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bu gün ölkə başçısının siyasəti nəticəsində məcburi köçkünlərin həyat və yaşam səviyyəsi yüksəldilib. Bu hətta beynəlxalq təşkilatların monitorinqi zamanı da öz əksini tapıb. Hətta Azərbaycanın məcburi köçkünlərə qarşı bu diqqəti dünya müstəvisində təqdir edilir.

Birinci vitse prezidentin də keçirdiyi müşavirədə də bu məsələyə xüsusi diqqət ayırıldı və qəti tapşırıqlar verildi. Demək olar ki, bu gün görülən işlər həmin ciddi tapşırıqların bəhrəsidir ki, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb.

Hazırda Qaradağ, Lökbatan qəsəbəsində böyük yaşayış kompleksi tikilib. Abşeron rayonu ərazisində Yeni Bakı yaşayış massivində qəzalı vəziyyətdə olan binalarda məskunlaşan 214 ailə evlə təmin edilib. Eyni zamanda Abşeron rayonu Masazır qəsəbəsi, Sabunçu rayonu Ramana qəsəbəsində ümumilikdə 4 ədəd hündürmərtəbəli bina salınmış, 260 ailə evlə təmin edilmişdir. Bu proses hazırda da öz axarı ilə davam edir.

İlk növbədə isə qəzalı binalarda, yataqxanalarda, Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilən ən ağır vəziyyətlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi prosesi həyata keçiriləcək. Daha sonra isə mərhələli şəkildə digər məcburi köçkünlərin evlə təmin olunacaq".

BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3434   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0