Azərbaycanda kişilər psixoloji zorakılığa məruz qalırlar

Azərbaycanda kişilər psixoloji zorakılığa məruz qalırlarStatistik rəqəmlərə görə, dünyada hər 100 qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən 27-si şiddətlə üzləşir.

2016-cı ildə isə ölkəmizdə 897 məişət zorakılığı ilə bağlı cinayət faktı qeydə alınıb. Nəticədə 791 qadın, 4 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib, 29 qadın isə öldürülüb. Məişət zorakılığına məruz qalanlardan 102-si kişidir.

Maraqlıdır, Azərbaycandan kişilərə qarşı zorakılıq daha çox hansı formalarda olur?

BiG.AZ xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə Modern.az-a bildirib ki, Azərbaycanda kişilər daha çox psixoloji zorakılığa məruz qalırlar:

"Düzdür, statistikaya görə, fiziki zorakılığa məruz qalan kişilər də var. Bəzən ahıl kişilər öz gəlini, həyat yoldaşı, hətta nəvəsi tərəfindən də fiziki zorakılığa məruz qalır. Həmin yaşlarda onlar fiziki cəhətdən özlərini qoruya bilmir, yaxud sağlamlıq imkanları məhdud olur. Bu səbəbdən zorakılıqla qarşılaşa bilirlər. Lakin fiziki zorakılıqla bağlı bəzi nüanslar var. Məsələn, kişilərdən öncə qadınlar fiziki zorakılıqla qarşılaşa və buna dözməyərək özünü müdafiəyə keçə bilər. Zorakılıqla bağlı 300-ə yaxın qadın həbsdədir. Onların demək olar ki, yarısı əvvəllər kişilər tərəfindən zorakılığa məruz qalanlardır. Bu kimi halları da unutmaq lazım deyil.

Bu il ərzində cinsi zorakılığa məruz qalan kişilərlə bağlı bizə müraciət daxil olmayıb. Ümumiyyətlə, bu tip hallar cinayət əməlidir və bununla hüquq-mühafizə orqanları dərhal məşğul olur.

Amma zorakılığın iqtisadi və psixoloji tərəfləri də var. Lakin burada yalnız nikahda olan qadınla kişi arasındakı zorakılıqdan söhbət getmir. Kişilər bəzən birgə yaşadığı şəxslərin, həyat yoldaşının qohumlarının zorakılığı ilə qarşılaşır. Təcrübədə belə hallarla rastlaşmışıq. Eyni zamanda, qadınların bir məsələ ilə bağlı kişilərin üstünə həddindən artıq getməsini, onun iqtisadi vəziyyəti ilə əlaqəli təzyiqini müşahidə edə bilirik".

T.Hüseynzadə qeyd edib ki, Azərbaycanda kişilərə qarşı zorakılıq faktları gizlədilir:

"Halbuki, zorakılıqla bağlı məlumat verilsə-xüsusilə psixoloji tərəfləri ilə bağlı-bu barədə mütəxəssislərlə danışıb məsələni aradan qaldırmaq olar. Təəssüf ki, xalqın adət-ənənəsi və ya mentalitetdən irəli gələrək bu hallar gizlədilir.

Bu baxımdan kişilər üçün sığınacaqla bağlı mərkəzlərimizdə mütəxəssislər tərəfindən söhbətlər aparılsa da, hələ ki Azərbaycanda xüsusi sığınacaqlar nəzərdə tutulmayıb. Sığınacaqlar ümumi olaraq məişət zorakılığının qurbanları üçün çox az da olsa, var. Amma bunu kişi və ya qadın olaraq ayırmırıq.

Əgər sırf kişilər üçün sığınacaq mərkəzi ayrılsa, qeyd etdiyim kişi mentalitetimizə uyğun olaraq müraciət edənlərin sayı kifayət qədər az olar".

Müsahibimizin sözlərinə görə, zorakılıqla bağlı kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır:

"Digər ölkələrlə müqayisədə Azərbaycanda bu cür hallar çox azdır. Buna baxmayaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq maarifləndirmə tədbirləri zamanı bu məsələləri vurğulayırıq. Düzdür, məişət zorakılığına məruz qalan kişilərlə bağlı xüsusi tədbirlər keçirilmir. Amma tədbirlərimizdə, həm qadınları, həm də kişiləri ayrı-ayrılıqda qeyd edirik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 910   Tarix: 22 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788