Ən yeni və müasir aparatlarla dərinin kompleks müalicəsi

Ən yeni və müasir aparatlarla dərinin kompleks müalicəsi"Vip Style" Estetik Klinikasında ən yeni və müasir aparatlarla dərinin kompleks müalicəsi həyata keçirilir.

Təəssüf ki, qocalma prosesi qaçınılmaz olsa da, hər kəs daima gözəl və cavan qalmaq istəyir. Bəzən yaşlı görünmə səbəblərini doğru təyin edə bilməməyimiz normaldır. Bunun üçün həkimin məsləhəti və aparatla müalicə vacibdir. Apparat kosmetologiyası xüsusi texnikanın köməyi ilə ixtisaslı dermatokosmetoloqlar tərəfindən həyata keçirilən cavanlaşdırıcı və terapevtik prosedurlardır. Əslində, apparat kosmetologiyası uzun illərdir istifadə olunan apparat fizioterapiyasına çox yaxındır.

Kosmetologiyanın bu sahəsi daima inkişaf edir. Hər il daha effektiv və təhlükəsiz texnologiyalar və apparatlar yaranır.

"Vip Style" Estetik Klinikası Sizləri məhz dünya üzrə məhşur olan iynəsiz və ağrısız Apparat kosmetologiyasına dəvət edir. Bizim klinikada yararlana biləcəyiniz üz prosedurları: "Maye qaz" pilinqi sıxlaşdırılmış qazın və mayenin (azonlaşdırılmış su, vitaminləşdirilmiş müalicəvi məhlul) təsirilə aparılmış prosedurdur. Bu prosedur İsrail alimlərinin ən yeni kəşflərindən biridir.

Prosedur zamanı azonlaşdırılmış su dərinin qan dövranını artırır, epidermisin ölmüş hüceyrələrinin aradan qaldırılmasına kömək göstərir. Maye damcılarının və hava axınının yüksək sürəti nəticəsində işləyən aparat 4-ü 1-də effekti yaradır:

- Pilinq və dərinin nəmlənməsi;
- Dəri və çapıqların hamarlanması;
- Cavanlaşma - piqment ləkələrinin rənginin solması
- Xırda qırışların açılması.

Led maska - üz dərimizin cavan və parlaq görünməsi üçün tədbiq olunan bir anti-aging prosedurudur. Adının tərcüməsi işıq yayan diod deməkdir (Lighting Eiting Diode). Heç bir radiasion təsiri olmayan bir işləmdir. Nə zaman tətbiq olunur:

- akne və səpkilərdə;
- hüceyrə yenilənməsində;
- ödəm və şişkinliyin aradan qaldırılmasında;
- mikrosirkulyasiyanın yaxşılaşdırılmasında.

Problemə uyğun olaraq rənglər ayrı ayrılıqda tətbiq olunur. Yaşıl işıq - dərini sakitləşdirir və melanin sintezini tənzimləyir. Bu səbəbdən də epidermal piqment ləkələrinin müalicəsində istifadə olunur.

Ən yeni və müasir aparatlarla dərinin kompleks müalicəsiMavi işıq - Çox həssas və quru dərilər üçündür. Dərini yumşaldır, sakitləşdirir və vaxtından əvvəl qocalmanı ləngidir. Kollagen sintezini aktivləşdirir.

Qırmızı işıq - ən aktiv rənglərdən sayılaraq dəri metobalizmini gücləndirir, akne müalicəsində və məsamələrin yığılmasında tətbiq olunur.

Sarı işıq - dəridə detoks məqsədilə və qan dövranın aktivləşdirilməsi üçün tətbiq olunur.

Ağ işıq - dəridə toksinlərin və zərərli maddələrin cıxarılmasına aktiv təsir edərək bir sıra müalicəvi-kosmetik prosedurların effektini artırır.

Bənövşəyi işıq - dəri tonsunu artırır, məsamələrin yığılmasına təsir edərək səpkilərin əmələ gəlməsində profilaktik rol oynayır.

Göy işıq - antibakterial təsir göstərərək səpkilərin müalicəsində ən güclü rənglərdən biridir.

Üz masajı - sizə dərinizdə olan bir çox çatışmazlıqlardan və cild problemlərindən qurtulmağa kömək edəcək, qırış əleyhinə olan mükəmməl prosedurdur. Prosedur zamanı üz dərisi dartılır, dodaq burun ətrafı qırışların dərinliyi nəzərə çarpacaq dərəcədə azalır, gözaltı torbaların aradan qaldırılmasına komək olur, cildin tonunu və elastikliyini artırır. "Vip Style" Estetik Klinikasının mütəxəssisləri sizə üz və boyun üçün müxtəlif masaj növləri təklif edir.
Ən yeni və müasir aparatlarla dərinin kompleks müalicəsiElektroporasiya (iynəsiz mezoterapiya) – Mezoterapiya üçün hal-hazırda bir çox preparatlar mövcuddur. Lakin işin ən vacib tərəfi odur ki, vitaminlər, mikroelementlər, hialuron turşusu dermanın dərin qatlarına yeridilsin. Buna iynəli mezoterapiya metodları ilə də nail olmaq olur. Amma bu, çox ağrılı və fəsadlı prosedurdur. Hal-hazırda klinikamızda elektroporasiya aparatı ilə - iynəsiz mezoterapiya prosedurunu heç bir fəsad olmadan həyata keçiririk. Elektroporasiya vasitəsilə dəri üçün zəruri olan aktiv maddələr dermanın daha dərin qatlarına yeridilir. Mezoterapiyada istifadə olunan kokteyllər dəri probleminə görə seçilir. İynəsiz mezoterapiyada əldə olunan nəticələr:

- dərinin daha dərin qatlarına qidalandırıcı elementlərin yeridilməsi;
- xırda kapilyar divarlarının möhkəmləndirilməsi;
- qırışların açılması;
- dərinin nəmlənməsi;
- üzdə olan ləkələrin solması;
- göyərmə, travmalar və s. kimi fəsadların olmaması;
- ağrısız proses.

RF-liftinq - monopolyar, bipolyar, tripolyar - dərinin cavanlaşması üçün ən müasir prosedurlardan biridir. RF (radiofrekans) abriviaturası radiodalğa tezliyi kimi tərcümə olunur ki bunun sayəsində dəridə dartılma və cavanlaşma həyata keçirilir. Bu prosedurda dərinin derma qatının stimullaşması nəticəsində neokollaqenaz prosesi (yeni kollagen liflərinin əmələ gəlməsi) baş verir.

Radiodalğalı liftinq proseduru – üz, dekolte, qol, qarın, yan nahiyyələrində dərinin bərpa olunmasına, dartılmasına kömək edir. RF impulsları dərinin derma qatını 65 dərəcəyədək qızdıraraq dəridə kollagen, elastin liflərini möhkəmləndirir. Bu proseslər dərinin cavanlaşmasına gətirib çıxardır.

"Bio Oxigen" – terapiyası Bu prosedur zamanı cox böyük təzyiq altında təmiz oksigen axını dəriyə təsir göstərir. Bio oksigen prosedur zamanı epidermisin hüceyrələri oksigeni bilavasitə havadan alır, havada 16-20%-a qədər oksigen olur. Havada oksigenin təzyigi və konsentrasiyası 98%-a gədər artdığda epidermis hüceyrələrində oksigen mübadiləsi sürətlənir. Hüceyrə membranının keçiriçilik qabilliyətı artır, kosmetik vasitələrin tərkibində olan aktiv maddələr hüceyrələr tərəfindən asanlıqla sorulur, dəri regenerasiyası güclənir.

Bütün yaş qrupları üçün uyğundur;

Həm qadınlar, həm də kişilər üçündür;

Bütün dəri tipləri üçün uyğundur (Normal, yağlı, quru, yorğun dəri, stress almış dəri).

Gözəllik, gənclik və cazibədarlıq ünvanı: VIP Style Estetik klinikası.

Ünvan: Koroğlu Rəhimov küç, 47.
Tel: (+994 12) 555 55 34
Mob: (+994 55) 202 41 48.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1050   Tarix: 20 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 344
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 341
.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

23.04.2024 1147
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

13:10 8
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 254
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

16:03 103
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 121
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

23.04.2024 717
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

11:09 442