Bacısı qızına təcavüz edən imam: "Mən ondan şikayət etməliyəm, o yox"

Bacısı qızına təcavüz edən imam: "Mən ondan şikayət etməliyəm, o yox"

Türkiyədə bacısının 23 yaşlı qızını zorlayıb, hamilə qoyan imamın məhkəmədə ifadəsi hər kəsi təəccübləndirib. İmamın sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Türkiyənin Muş vilayətində imamlıq edən, iki uşaq atası olan 41 yaşlı A.İ bacısı qızına təcavüz edib. O, hamilə qalıb. DNA testi ilə qızı zorlayanın onun dayısı olduğu dəqiqləşib.

A.İ saxlanılıb. O, məhkəmədə ifadəsində özünü müdafiə etmək üçün: "Yatanda otağıma gəldi, razılığım olmadan cinsi əlaqədə oldu. Mən ondan şikayət etməliyəm, o yox".

mənbə: milli.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3040 Tarix: 20.11.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol