Suraxanı Rayon Məşğulluq Mərkəzində dəyirmi masa keçirilib - FOTOLAR

Suraxanı Rayon Məşğulluq Mərkəzində dəyirmi masa keçirilib - FOTOLAR20 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Suraxanı rayon Məşğulluq Mərkəzi "Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi" mövzusunda işəgötürənlərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiib.

BiG.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Sənan Məmmədzadə tədbir iştirakçılarını salamlamış və 2017-ci ilin 10 ayı ərzində iş axtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində Mərkəz tərəfindən həyata keçirilən məşğulluq tədbirləri barədə məlumat verib.

Dövlət məşğulluq siyasətinin icrasında işəgötürənlərin mühüm rolundan bəhs edən Mərkəzin direktoru Sənan Məmmədzadə Bakının Suraxanı rayonunda aktiv məşğulluq tədbirlərinin təşkili, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində işəgötürənlərlə birgə məqsədyönlü işlərin aparıldığını qeyd edib.

Sənan Məmmədzadə Dövlət Məşğulluq siyasətinin həyata keçirilməsində işəgötürənlərin hüquq və vəzifələri, eləcə də Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişaf etdirilməsi, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ünvanlılıq prinsipinin təmin olunması ilə bağlı imzaladığı Fərman və Sərəncamlar, qəbul edilmiş Dövlət Proqramları, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun gücləndirilməsi, aztəminatlı ailələrə dövlət yardımının göstərilməsi istiqamətində həyata keçirilən məşğulluq tədbirləri barədə geniş məlumat verib.

Dəyirmi masada "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işəgötürənlər tərəfindən yeni yaranan boş (vakant) iş yerləri, iş yerlərinin və işçilərin orta illik siyahı sayı, işə qəbul edilən, kvota üzrə işə qəbul edilən, habelə işdən çıxarılan işçilər haqqında və s. barədə Məşğulluq Mərkəzinə müvafiq hesabat formaları üzrə məlumatların təqdim edilməsi sahəsində görülən işlər təhlil olunub. Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində aparılan birgə işlər nəzərdən keçirilib. Əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində tədbirlərin gücləndirilməsi üçün işəgötürənlərlə birgə fəaliyyət müstəvisində qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Suraxanı Rayon Məşğulluq Mərkəzində dəyirmi masa keçirilib - FOTOLARSuraxanı Rayon Məşğulluq Mərkəzində dəyirmi masa keçirilib - FOTOLARSuraxanı Rayon Məşğulluq Mərkəzində dəyirmi masa keçirilib - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2160   Tarix: 20 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 0
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

13:01 0
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

15:10 0