"Adım Nurlandır, dostlarım "Pərvanə" deyir" – 10 manata müştəri gözləyən transların cinayəti

"Adım Nurlandır, dostlarım "Pərvanə" deyir" – 10 manata müştəri gözləyən transların cinayəti"KamAZ" sürücüsünü döyən translar barələrindəki hökmdən şikayət veriblər.

BiG.AZ-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, 4 nəfərdən ibarət dəstə üzvləri soyğunçuluqda və biri isə həm də narkotik istifadə etməkdə ittiham edilirlər.

Belə ki, fahişəliklə məşğul olanlar – "Pərvanə" ləqəbli 27 yaşlı Nurlan Hacımayılzadə, "Aygün" ləqəbli 21 yaşlı Adəm Lətifov, "Hülya" ləqəbli 20 yaşlı Saleh Sadıxov və "Banu" ləqəbli 20 yaşlı Taleh Mirzəyev öncədən planlaşdıraraq Qaradağ rayonundan Gədəbəyə daş aparan yük maşını sürücüsü Taryel Məmmədovu döyərək cibindən pulunu götürüblər.

"Aygün" əvvəllər xuliqanlığa görə 1 il islah işləri ilə cərimələnib. O, hadisə ilə bağlı danışaraq deyib ki, daim yol kənarında dayanıb yük maşını sürücüləri ilə əlaqədə olub 10-15 manat alıblar:

"Bir həftə idi müştəri yox idi, pulumuz da qurtarmışdı. Məsləhətləşib belə bir iş görmək qərarına gəldik. Elə 10 dəqiqə sonra "KamAz" dayandı, sürücü düşüb ayaqyoluna getdi. Mən də yaxınlaşıb iradımı bildirdim, məni söydü. Əsəbiləşib qarnından təpiklə vurdum, yerə yıxıldı. "Banu" gəlib onun cibindən pulunu götürdü. Sürücü durub üstümüzə gəlirdi, "Pərvanə" ilə "Hülya"ya dedim ki, ona daş atın. Daşlar maşına dəydi, sürücü qorxub geri qayıtdı. Biz də taksiyə oturub şəhərə gəldik. Pul 400 manat idi, aramızda böldük. Xocasən yolunda müştəri gözləməyə başladıq".

Bu hadisə ilə yanaşı narkotik istifadə etdiyi üçün də ittiham edilən N.Hacımayılzadə də ifadə verib. O, hadisəni oxşar formada danışıb: "Adım Nurlandır, amma dostlarım mənə "Pərvanə" deyir. Bundan əvvəl "Papanin"də tanımadığı adamdan 40 manata 2 kibrit qutusu marixuana aldım, səhəri gün polis gəlib məni tutdu".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Hacımayılzadə 6 il, A.Lətifov 5 il 3 ay , S.Sadıxov 5 il, T.Mirzəyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Translar hökmdən narazı qalıblar və cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti veriblər.

Onların şikayəti icraata götürülüb. Prosesin ilkin baxış iclası noyabrın 23-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 19082   Tarix: 20 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 669
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

16:57 77
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 821
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 263
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 234
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 296
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

18:07 11
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 227
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 72