Bakıda 8 ballıq zəlzələ ola bilər - EKSPERT

Bakıda 8 ballıq zəlzələ ola bilər - EKSPERTBakıda zəlzələ olub-olmayacağını heç kim əvvəlcədən proqnozlaşdıra bilməz.

BiG.AZ xəbər verir ki, İstiPress-ə bu barədə tanınmış seysmoloq alim Tahir Məmmədli Ağdamda bu gecə baş vermiş zəlzələni şərh edərkən bildirib.

Bakıda 8 ballıq zəlzələ ola bilər - EKSPERTOnun sözlərinə görə, dünyada heç bir zaman zəlzələni əvvəlcədən proqnozlaşdırmaq mümkün olmayıb:"Amma Azərbaycanın seysmik rayonlaşması aparılıb və seysmik xəritəsi çəkilib. Həmin seysmik xəritəyə görə, Bakıda MSK şkalası ilə maksimum 8 ballıq zəlzələ ola bilər".

Dünən yerli vaxtla saat 23:48-də Ağdamda baş vermiş zəlzələnin gücü MSK şkalası ilə 7 baldan yüksək olub, zəlzələ mərkəzində təkanın amplitudası təxminən 5,7 bal təşkil edib. Zəlzələ nəticəsində insan tələfatı olmasa da, onlarla ev zərər görüb.

Tahir Məmmədlinin sözlərinə görə, bu cür zəlzələ Bakıda heç bir ciddi dağıntıya səbəb olmaz, çünki şəhərdə son on illər boyu tikinti aparılarkən bu məsələ həmişə nəzərə alınıb:

Bakıda 8 ballıq zəlzələ ola bilər - EKSPERT"Lakin 2000-ci noyabrın 25-də şəhərdə baş vermiş zəlzələ göstərdi ki, şəhərin demək olar ki, əksər evləri zəlzələyə davamlıdır. Onda şəhərin əsas yerlərində zəlzələnin gücü MSK şkalası ilə 7 bal təşkil etmişdi, amma dənizə yaxın nisbətən nəm yerlərdə zəlzələnin gücü 8 bala çatmışdı. Bu cür güclü zəlzələ şəhərdə heç bir ciddi dağıntıya səbəb olmamışdı. Çox mərtəbəli binalar zəlzələyə dözmüşdü".

Qeyd edək ki, həmin vaxt, yəni 2000-ci ildə Bakıdan Türkiyənin "NTV" telekanalının xəbər proqramına birbaşa bağlanmış jurnalist İrfan Sapmaz canlı yayımda heyrətini gizlədə bilməmişdi: "Qəribədir, binalar gedir-gəlir, amma uçmur".

Bu, 1970-80-ci illərdə və ondan əvvəl Azərbaycan paytaxtında aparılmış tikinti işlərinin keyfiyyətinə verilmiş qiymət idi. İrfan Sapmazın heyrəti də başa düşülən idi, 1998-ci ildə Adana şəhərində baş vermiş eyni güclü zəlzələdə 145 adam ölmüşdü və 1500 nəfərdən çox yaralanmışdı.

Ölümlərin çoxu yeni tikilmiş çox mərtəbəli binalardakı mühəndislik xətaları üzündən baş vermişdi. İnşallah, Azərbaycanın yeni tikilmiş banaları da 2000-ci illərə qədər tikilmiş binalar kimi bu cür Tanrı sınaqlarına dözərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3402   Tarix: 16 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133