Bakıda güclü zəlzələ olsa, hansı ərazilər dağıla bilər? (AÇIQLAMA)

Bakıda güclü zəlzələ olsa, hansı ərazilər dağıla bilər? (AÇIQLAMA)Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölkənin bəzi bölgələrində dağıntılar baş verib, xəsarət alanlar olub.

Məlum olduğu kimi, Bakı da aktiv seysmik zonada yerləşir. Paytaxtda son böyük zəlzələ 2000-ci ildə baş verib. Həmin ilin noyabr ayının 25-də saat 21:30-da Bakıda 6,8 bal gücündə (bəzi məlumata görə, 7,9 bal) zəlzələ qeydə alınıb. Güclü təkanlar iki dəfə olmaqla 22 saniyə çəkib. Bilavasitə zəlzələnin gücündən deyil, qorxaraq yaşadıqları binalardan özlərini atıb dünyasını dəyişmiş insanlar olub. Təkanlar nəticəsində Bakıda köhnə evlər zədələnib. Həmin gün gecəni küçədə keçirən insanların yaddaşına həmişəlik həkk olunub.

Bakı aktiv seysmik zonada yerləşdiyindən güclü zəlzələlərin olması istisna deyil. Bəs paytaxtda son illərdə tikilən yeni binalar və Sovet dövründən qalma köhnə tikililər zəlzələyə nə qədər davamlıdır?

Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli qaynarinfo-ya açıqlamasında 6 bal gücündə zəlzələnin Bakı üçün heç bir təhlükə olmadığını, lakin 8 bal gücündə zəlzələ olarsa, sadəcə 20-ci sahə ərazisindəki tikililərdə dağıntıların ola biləcəyini vurğulayıb:

"Belə bir zəlzələ paytaxtda baş versə, düşünürəm ki, ciddi dağıntı baş verməz. Çünki 6 bal zəlzələ Bakı üçün elə də təhlükəli deyil. Yadınızdadırsa, 2000-ci ildə Bakıda 6 bal gücündə zəlzələ baş verdi. Həmin vaxt paytaxtdakı binalarda çox kiçik zədələr meydana gəldi və köhnə, demək olar ki, sadəcə 100 il əvvələ aid tikililərin bəzi hissələri uçdu.

Tikinti üzrə mütəxəssislər bina tikilərkən onun seysmoloji göstəricilərini nəzərə alırlar. Təəssüf ki, 60-cı illərə qədər təkcə Azərbaycanda deyil, bütün SSRİ məkanında belə bir iş aparılmayıb. Çünki lazımi tikinti materialları yox idi və seysmologiya elmi də bir o qədər inkişaf etməmişdi. 60-cı ildən 70-ci ilə qədər müəyyənləşdirilmişdi ki, Bakıda maksimum 6 bal gücündə zəlzələ ola bilər. Hətta bununla əlaqədar seysmik rayonlaşdırma xəritəsi də tərtib olunmuşdu. Lakin bu özünü doğrultmadı və alimlər araşdırdıqdan sonra öyrəndilər ki, əslində Bakıda 7 bal gücündə də zəlzələ ola bilər və 80-ci ildə həmin xəritə yenidən tərtib olundu. Nəhayət 1991-ci ildə baş verən Spitak zəlzələsindən (9-10 bal) sonra seysmoqraflar başa düşdülər ki, yenə səhv ediblər və Bakıda daha da güclü zəlzələ ola bilər. Bu səbəbdən də 1991-ci ildə Bakı 8 ballıq zəlzələ zonası kimi qəbul edildi. Ona görə belə bir zəlzələ olsa, 60-cı illərə qədər tikilən binalarda müəyyən çatlar əmələ gələ bilər. Amma dediyim kimi, 6 ballıq zəlzələnin dağıntı yaradacağına inanmıram. Düşünürəm ki, Bakıda sadəcə 20-ci sahə adlandırılan ərazidə gecəqondu kimi tikilən binalar 8 bal gücündə zəlzələ olarsa, dağıntıya məruz qala bilər.

Hamı deyir ki, Bayıl sürüşəcək, ora təhlükəlidir və s. Qeyd edim ki, orada dəfələrlə sürüşmə olub. Bunun dəqiq tarixlərini də bilirəm. Amma inanmıram ki, Bayıl sürüşəcək. Dəfələrlə çıxışımda da qeyd etmişəm ki, əgər 8 bal gücündə zəlzələ baş verərsə, o zaman sürüşmə zonası aktivləşə bilər.

Ümumiyyətlə binaların hansı ərazidə tikilməsindən asılı olaraq xüsusi tədbirlər görülür. Seysmoloji baxımdan daha təhlükəli hesab edilən ərazilərdə tikilən binaların təhlükəsizliyinin təmin edilməsi baha başa gəldiyindən, o ərazilərdəki evlər də digər yerlərdə tikilənlərlə müqayisədə baha qiymətə satılır. Təsəvvür edin ki, zəlzələ zonasının göstəricisi 1 bal artdıqda, tikinti xərcləri də 40 faiz artır, yəni 9 ballıq zonada tikilən bina təhlükəsizlik tədbirlərinin görülməsi baxımından 8 ballıq zonada tikiləndən 40 faiz baha başa gəlir".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnsitutunun mühəndisi, memarlıq və tikinti işləri üzrə qocaman ekspert Cahangir Qocayev isə paytaxtdakı binaların vaxtaşırı yoxlanmaya ehtiyacı olduğunu bildirib:

"Əvvəla ümumi şəkildə heç nə demək olmaz. Amma 2000-ci il zəlzələsi göstərdi ki, binalar davamlıdır. Amma binanın təhlükəli və təhlükəsizliyini öyrənmək üçün vaxtaşırı yoxlamalar aparılmalıdır. Bina qida məhsulu deyil ki, vaxtı keçəndə atasan. Əgər vəziyyət qənaətbəxş deyilsə, cari təmir olunur, əsaslı təmir olunur, hətta yenidən qurulur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5965   Tarix: 16 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0