İran XİN: Ermənistan sionist rejimin Qafqazdakı hərəkətlərinə diqqət etməlidir

İran XİN: Ermənistan sionist rejimin Qafqazdakı hərəkətlərinə diqqət etməlidir"Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfərinin dəqiq vaxtı hələ müəyyənləşməyib".

BiG.AZ-ın məlumatına əsasən, bunu apa-nın Tehran müxbirinin sualına cavabında İranın XİN sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, İranla Azərbaycan arasında əlaqələr dostluq və yaxşı qonşuluq üzərində qurulub və davam etdirilir.

B. Qasimi Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın İsrailə səfəri ilə bağlı suala cavabında qeyd edib ki, hər gediş-gəliş əlaqələrin yaxınlaşması mənasına gəlmir: "İran və Ermənistan arasında əlaqələr yaxşı səviyyədədir və bu ölkə bizim ən az problem yaşadığımız qonşu ölkələrdəndir. Biz ölkələrin daxili işinə müdaxilə etmirik, lakin sionist rejimini tanıdığımız üçün bilirik ki, bu rejim regionda sabitliyin pozulmasına çalışır. Ermənilərə məsləhətimiz budur ki, bu rejimin Qafqaz regionundakı hərəkətlərinə diqqətlə yanaşsınlar. Ümumiyyətlə, region ölkələri bu məsələyə diqqət etməlidir".

B. Qasimi Səudiyyə Ərəbistanının Ərəb Liqasını İranla bağlı fövqəladə iclasa çağırmasına toxunaraq xatırladıb ki, Ər-Riyadın bu tip addımları yeni bir şey deyil: "Bu ölkə regionda və ölkə daxilində bir sıra problemlərlə üz-üzədir. Davamlı uğursuzluqlara məruz qaldığı üçün çalışır ki, günahı başqalarına atsın və İran əleyhinə koalisiya yaratsın. Lakin regionda ötən bir ildə baş verən proseslər göstərir ki, Səudiyyə Ərəbistanı bu sahədə uğur qazana və gözlədiyi nəticəni əldə edə bilməyib. Düşünürəm ki, keçiriləcək iclas da Səudiyyə Ərəbistanı üçün əlverişli nəticə verməyəcək. Çünki ölkələr hər biri öz mənafeləri və baxışları çərçivəsində qərar qəbul edir və siyasətlərini müəyyənləşdirirlər".

B. Qasimi Livanın baş naziri Saad Həririnin istefasına da toxunub: "Livan baş nazirinin istefası ani və şübhəli qərardır. Ümid edirik ki, Həririnin ötən gecə verdiyi açıqlamalara əsasən o, tezliklə Livana qayıdacaq və ölkəsində istefasını rəsmiləşdirəcək. Biz Livanın sabitliyi üçün hər bir addımı dəstəkləyirik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 13 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. "Qafqazinfo"xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. "Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqəda

27.03.2024 437
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdi

27.03.2024 349
.

Bayramda milyonlar qazanacaqlar

Türkiyəli sənətçilər Ramazan bayramında konsert proqramı ilə çıxış edəcəklər. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnilərin musiqili gecədən alacağı qonorar bəlli olub. Müğənnilər Gülşən 10 milyon lirə, Ajda Pekkan 8.5 milyon lirə, Ebru Gündəş və Sibel Can 7 milyon lirə, Bülent Erso

27.03.2024 246
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27.03.2024 386
.

Orucluqda yeməklərdə nələrə diqqət edək?

Oruc tutmaq İslamın əsas şərtlərindən biri sayılır. Müsəlmanlar orucu təkcə ruha deyil, həm də cismə mütləq faydası olacağı kimi qəbul edirlər. Metabolizmanı orucluğa hazırlamaq məqsədi ilə qidalanma alışqanlıqları və yuxu prosesinə dəyişiklik etmək lazımdır. Ramazan ayı ən çox mədə və həzm sistemin

27.03.2024 239
.

Qəzzada ölənlərin sayı 32490-a çatıb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 32490-a çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 173 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail qüvvələrinin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlard

27.03.2024 202
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27.03.2024 398