Pedro Enrike "Qarabağ"dan ayrılır? – Klubdan AÇIQLAMA

Pedro Enrike "Qarabağ"dan ayrılır? – Klubdan AÇIQLAMA"Qarabağ" klubu futbolçu Pedro Enrikenin qışda komandadan ayrılacağına dair xəbərlərə münasibət bildirib.

BiG.AZ xəbər verir ki, klubun meneceri Asif Əsgərov report-a açıqlamasında 27 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilələrinin olduğunu xatırladıb.

O, braziliyalı oyunçunun müqavilə üzrə məxsus olduğu Yunanıstan PAOK-una tezliklə qayıtmasının müzakirə mövzusu olmadığını vurğulayıb:

"Yunanıstan mətbuatında yazılanların hamısı boş söhbətlərdir".

Enrike İspaniyada "Atletiko" ilə Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçında rəqib futbolçunun sifətinə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. "Qarabağ" rəsmisi hələlik cəza müddətinə dair UEFA-dan heç bir bildiriş almadıqlarını söyləyib. Bununla belə, cinah oyunçusunun İngiltərənin "Çelsi" komandası ilə noyabrın 22-də keçiriləcək V tur qarşılaşmasını buraxacağı dəqiqdir.

Qeyd edək ki, Yunanıstanın sport24.gr saytı "Qarabağ"ın Pedro Enrike ilə vidalaşmaq istədiyini və bu məqsədlə PAOK-a məktub göndərdiyini yazıb. Səbəb kimi braziliyalı legionerin ağır müqavilə şərtlərinin olduğu göstərilib. Ağdam klubunun avrokuboklarda çıxışını başa vurduqdan sonra ölkədaxili titul əldə etməkdə problem yaşamayacağı da diqqətə çatdırılıb.

Digər tərəfdən, oyunçunun özünün də Azərbaycan Premyer Liqasındakı rəqabətsizliyi bəyənmədiyi və özünün də artıq stimulunu itirdiyi bildirilir. "Sambaçı" ilə Rusiya klublarından birinin maraqlandığı deyilir. Pedro Enrike "Qarabağ"ın heyətində 14 oyuna 3 qol vurub. Qollardan biri Çempionlar Liqasının II turunda Azərbaycan təmsilçisinin İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1272   Tarix: 11 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Messini görməyənlər təzminat alacaq

"İnter Mayami" ilə Honq Konq millisi arasında keçiriləcək yoldaşlıq matçına bilet alan azarkeşlər biletin qiymətinin 50 faizi həcmində təzminat alacaqlar. "Qafqazinfo" xəbər verir ki, buna səbəb ABŞ təmsilçisinin futbolçusu Lionel Messinin sözügedən oyunda meydana çıxmamasıdır. Azarkeşlə

19.03.2024 397
.

"Qarabağ"ın futbolçusu: Tarix yazdıq

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib. "Report"un məlumatına görə, 27 yaşlı hücumçu şəxsi instaqram hesabından fotolar yayımlayıb. Braziliyalı forvar

17.03.2024 328
.

Gürcüstan millisi tarix yazdı - Video

Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissənin ardınca penaltilər seriyası oynanılıb. Gürcüsta

27.03.2024 388
.

Abramoviç LaLiqa klubunu ala bilər

İspaniyanın "AS" qəzeti sensasiyalı bir xəbər yayıb: "Çelsi"nin keçmiş sahibi "Valensiya"nı almaq niyyətindədir. Abramoviç səhmlərin neçə faizini alacaq, rəhbər vəzifələrə kimləri təyin edəcək, nə qədər vəsait yatıracaq - hələlik belə detallar məlum deyil. Qeyd edək ki

16.03.2024 389
.

KİV: "Əl-Hilal" "Barselona"nın hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu növbəti transfer pəncərəsində "Barselona"nın hücumçusu Rafinyanı almağa hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. Məlumata görə, Səudiyyə klubu braziliyalı futbolçunun transferi üçün 100 milyo

24.03.2024 312
.

Ronaldu penaltini ələ salıb

"Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının futbol çempionatının 23-cü turunda "Ər-Riyad"la oyunda "Əl-Hilal"ın xeyrinə penalti təyin edilməsini ələ salıb. 66-cı dəqiqədə qonaqların oyunçusunun rəqibin cərimə meydançasında yıxılmasından sonr

10.03.2024 3520
.

Qurban Qurbanov: "Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq"

"Tovuzda olmaq həmişə xoşdur mənim üçün. Dünən bizi çox xoş qarşıladılar. Bizim üçün vacib oyun idi. Həmişə istəmişəm ki, çətin oyunlardan sonra futbolçularım xarakter göstərsinlər. Komanda toparlandı. Oyunun əvvəllərində bir az gərginlik yaşandı. Sonra oyunu ələ ala bildik. Futbolçularımı təbri

17.03.2024 429
.

Argentina millisinin futbolçusu əfsanəvi Maradonanı qabaqlayıb

Argentina millisinin futbolçusu Anxel Di Mariya məhsuldar ötürmə sayında əfsanəvi Dieqo Maradonanı qabaqlayıb. xəbər verir ki, yarımmüdafiəçi buna Salvador millisi ilə yoldaşlıq matçında nail olub. 36 yaşlı vinger 27 məhsuldar ötürmə ilə Maradonanı geridə qoyaraq Argentina tarixində bu göstəricidə ə

23.03.2024 249
.

"Beşiktaş" Qurban Qurbanovu istəyir

"Beşiktaş"ın baş məşqçisi Fernando Santoşun ardıcıl məğlubiyyətlərindən sonra klub yeni çalışdırıcı axtarışındadır. İstanbul təmsilçisi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır. Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Fotospor" saytı yayıb. Bildirili

18.03.2024 559