Qondarma Talışıstançılar fəallaşıb: "Cinayət məsuliyyətinə cəlb oluna bilərlər" - FOTOFAKT

Qondarma Talışıstançılar fəallaşıb: "Cinayət məsuliyyətinə cəlb oluna bilərlər" - FOTOFAKTSon günlər sosial şəbəkələrdə talışlar fəallaşmağa başlayıblar. Belə ki, onlar təşkilatlanaraq xüsusi səhifələr yaradıblar və yaxın gələcəkə Azərbaycanın Talışıstan olacağı ilə bağlı separatçı fikirlər yaymağa başlayıblar.

BiG.AZ xəbər verir ki, bunun bariz nümunəsi olaraq yaradılmış səhifə Talış bayrağı ilə Masallı rayonunun girişində şəkil çəkdirən bir şəxsin fotoşəklini yayımlayıb.

Qondarma Talışıstançılar fəallaşıb: "Cinayət məsuliyyətinə cəlb oluna bilərlər" - FOTOFAKTTalışların aktivləşməsi, onların sosial şəbəkədə müəyyənləşdirilərək hüquq-mühafizə orqanları tərəfindən xüsusi tədbirlərin görülməsi ilə bağlı BiG.AZ-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsahibələrin aparılması və nəticələrinin qiymətləndirilməsi üzrə ekspertidi Şəmsəddin Əliyev bunun Azərbaycan Respublikasının Konstitusiyasına zidd olduğunu bildirdi: "Mən özüm də cənub bölgəsindənəm və bunun birbaşa əleyhinəyəm. Əgər hər hansısa sosial klub belə bir addımlar atırsa, bu kimi çağırışlar edirsə bu Azərbaycanın konstitusiyasına, qanunlarına ziddir. Azərbaycanın bu istiqamətdə kifayət qədər sərt qanunları var, cinayət qanunvericiliyi bu kimi əməlləri qadağan edir. Belə hallar çılpaqlığı ilə baş verərsə onlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Cənub bölgəsinin əlahiddə şəkildə, muxtariyyət şəkildə fəaliyyət göstərməsinin əleyhinəyəm. Buna heç bir zərurət və ehtiyyac yoxdur. Kimliyindən asılı olmayaraq hər bir kəsin şəxsiyyət vəsiqəsinə azərbaycanlı sözü yazılır. Biz hər birimiz azərbaycanlıyıq. Heç kimin şəxsiyyət vəsiqəsində milliyətinə, mənsubiyyətinə talış yazılmayıb. Biz tarixən də azərbaycanlı olmağın fövqündə olmuşuq və Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü tanımışıq, onu qorumuşuq.

Bu gün belə səs küy edənlər, hayqıranlar yalnız və yalnız öz həyatlarını və o bölgədən olan ziyalıların, insanların həyatlarını təhlükə altına atmış olurlar. Sağlam düşüncəli insanlar belə hallara qarşı olmalıdırlar. Biz bir dəfə bunun acısını yaşadıq, ziyalılarımız, insanlarımız nələr yaşadı bunun canlı şahidi olduq. Daha belə şeylərin olmasını istəmirik. Mən bunu qınayıram, ayıbdır. Belə insanlar küləyin istiqamətinə əsən yarpaqlar kimidirlər.

Onları hərəkətə gətirən, şirnikləndirən qüvvələr var. Burada həm xarici ölkələrin də əli ola bilər, Azərbaycan dövlətinin bugünki inkişafını gözü götürməyən, paxıllıq edən insanlar da ola bilər. Həmçinin həmin bölgələrdən olan insanlar ki, xarici ölkələrdə sığınacaq tapıblar oradan başqa qüvvələrin, mənfur düşmənlərimizin təsiri ilə belə çağırışlar edirlər, təxribatlara uyurlar. Sadəcə olaraq onlara ar olsun".

-Bu İranda yaşayan və Azərbaycanın uğurlarına qısqanclıq edən farsların işi ola bilərmi?

-Talış dili demək olar ki, fars mənşəli sözlərdən ibarətdir amma hesab etmirəm ki, talışlar farsların diktəsi ilə belə bir çağırışlar, təbliğatlar apara bilməzlər və aparmazlar. Çünki farslar Ermənistanla Azərbaycan münasibətlərində Azərbaycanın ərazi bütövlüyünü türklər kimi dəstəkləmədiyinə görə inanmıram ki talışlar farsların diktəsi ilə hərəkət etsinlər. Sadəcə olaraq öncə qeyd etdiyim kimi Azərbaycanın hüdudlarından kənarda olan insanların işləridir.

Qondarma Talışıstançılar fəallaşıb: "Cinayət məsuliyyətinə cəlb oluna bilərlər" - FOTOFAKTRövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5025   Tarix: 10 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

21:37 0
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

15:27 220
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

19:06 248
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

17:33 203
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

15:34 509
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

12:05 937
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

16:43 176
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

20:45 0
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

21:45 0