700 bal toplamış Vahab: "İlk gündən hiss etdim ki düzgün qərar vermişəm"

700 bal toplamış Vahab: "İlk gündən hiss etdim ki düzgün qərar vermişəm"BiG.AZ Bakı Ali Neft Məktəbinin Prezident Təqaüdçüsü ilə müsahibəni təqdim edir:

- Vahab, çox uzatmadan, birbaşa sənə ünvanlayacağımız suallara keçmək istəyirik. İlk olaraq bilmək istərdik ki, Ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Vahab Cəbrayılov kimdir?

- Mən Vahab Cəbrayılov 17 fevral 2000-ci ildə İsmayıllıda anadan olmuşam. Orta təhsili İsmayıllının Lahıc qəsəbəsində almışam. 2015-ci il Respublika fənn olimpiadalarında
Riyaziyyat fənnindən bürünc medal qazanmışam. Bu il isə orta məktəbi bitirərkən Təhsil Nazirliyi tərəfindən "Təhsildə nailiyyətlərə görə" qızıl medalına layiq görülmüşəm.

- Həyatda fəxr etdiyin ən böyük uğurun nədir?

- Həyatımda indiyə kimi qazandığım ən böyük uğur, fikrimcə, Bakı Ali Neft Məktəbinə qəbul olmağımdır.

- Ali məktəblərə seçim qarşısında olarkən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?

- Bakı Ali Neft Məktəbini, sadəcə, yüksək bal yığdığıma görə yox, mühəndislik sahəsinə olan böyük marağım və ən əsas da Ali Məktəbin məni əsl mühəndis kimi hazırlaya biləcək yeganə təhsil müəssisəsi olduğunu düşündüyüm üçün seçmişəm. Elə dərslərin ilk günlərindən də hiss etdim ki, seçimimdə düzgün qərar vermişəm.

- BANM-i bitidikdən sonra özünüzü harada görürsüz və niyə məhz həmin yerdə?

- Bakı Ali Neft Məktəbini bitirdikdən sonra özümü ixtisasım üzrə dünyanın top universitetlərindən birində magistr tələbəsi kimi görməyi arzu edirəm və yaxın illərdə bu hədəf üzərində çalışmağı düşünürəm. Daha irəli hədəfim isə ölkəmizin neft və ya digər istehsalat sahələrində ixtisasım üzrə sayılıb seçilən mühəndislərdən biri olmaqdır.

- Bir tələbə məqsədinə nail ola bilmək üçün nə etməlidir?

- Düşünürəm ki, bir tələbə qarşısına hər hansı bir məqsəd qoyubsa, ilk növbədə onun üzərində daima çalışmalı və dünyada bu sahədə baş verən hər cür inkişafdan xəbərdar olmalıdır. Ən əsası isə yorulmaq bilməməlidir.

- Sizi həyatda ən çox motivasiya edən nədir?

- Məni ən çox motivasiya edən, ilk növbədə ətrafımda olan insanlara faydalı ola bilmək fikridir. Həm ailəmə, həm dostlarıma və həm də ölkəmə yararlı ola bilmək mənim üçün çox önəmlidir.

- Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətiniz nə olardı?

- Ali məktəblərə qəbul olmaq arzusunda olan gənclərə əsas məsləhətim ondan ibarətdir ki, hansı ixtisası seçmələrindən asılı olmayaraq, özlərini vətənimizə və millətimizə yararlı, xeyirli bir mütəxəssis kimi yetişdirə bilmək üçün daim öz üzərlərində çalışsınlar.
Seçim qarşısında olan tələbəri isə maraq dairələrində olan bir ixtisası hədəf seçib bu istiqamətdə düzgün addım atmağa səsləyirəm. Məsələn, əgər siz əsl mühəndis olmağı arzulayırsınızsa, o zaman ən doğru seçiminiz Bakı Ali Neft Məktəbi olardı.

- Vahab, bizimlə səmimi müsahibən üçün sənə təşəkkür edir, dərslərində uğurlar arzu edirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1505   Tarix: 08 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qaribaşvili: Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər. "Report"un yerli bürosu xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Qaribaşvili bildirib. "Əgər bizə desələ

15:29 0
.

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. "Report"un Şərqi Avropa bürosuna Ali Radadan verilən məlumata görə, nümayəndə heyətinin səfəri 1-3 may aralığında baş tutacaq. Bakıda VI Ümumdünya Mədəniyyətləraras

16:10 0
.

İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO

Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib. Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşın

14:44 28
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

12:54 216
.

Cavanşir Məmmədov vəfat etdi - Yenilənib

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. Axşam.az-ın məlumatına görə, 70 yaşlı müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib. Xəbəri Axşam.az saytına onun duet ortağı Firuzə İbadova təsdiqləyib. *. Müğənninin ölümü ilə əlaqədar Axşam.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:. "Əməkda

13:23 1337
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 238
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 324
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 436