UEFA "Qarabağ"dan yazdı

UEFA "Qarabağ"dan yazdıUEFA-nın rəsmi saytı Çempionlar Liqasının qrup mərhələsinin IV turu ərəfəsində "Qarabağ" – "Çelsi" oyunu haqqında yazı hazırlayıb.

BiG.AZ apasport.az-a istinadən xəbər verir ki, yazıda iki komandanın buraqədərki çıxışları və matçın pərdəarxası məqamlarından bəhs olunub.

Sözügedən məqaləni təqdim edirik:

"Qarabağ" Bakıda qələbə qazanaraq 1/8 finala çıxmağı hədəfləyən "Çelsi" qarşısında da asan təslim olmayacaq. Artıq qitənin ən nüfuzlu klub turnirində xallar qazanmış Azərbaycan təmsilçisi doğma meydanda sonuncu oyununda da uğur əldə etmək istəyəcək.

- Qrupdakı ilk matçında "Stemford Bric"də "Çelsi" ilə qarşılaşan və qapısında 6 cavabsız qol görən "Qarabağ" "Atletiko" ilə ev səfər oyunlarında əldə etdiyi heç-heçələrlə 2 xal qazanıb. Kədərli başlanğıca baxmayaraq, komanda hətta Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilər.

- "Qarabağ" 2 xalla qrupda 4-cü yerdə qərarlaşsa da, "Atletiko"dan cəmi bir xal dala qalır. 3-cü yer uğrunda mübarizə aparmaq üçün komandaya mütləq qələbə lazımdı. Əgər ağdamlılar məğlub olub, "Atletiko" da qələbə qazansa, onların 4-cü yerdə qalacaqları rəsmiləşəcək.

- "Çelsi"nin isə 7 xalı var və son turda məğlub olduğu "Roma"dan bir xal geridədi. İngiltərə çempionuna növbəti mərhələyə çıxmaq üçün qələbə lazımdı. Əgər digər oyunda "Atletiko" uduzsa, londonluları bərabərlik də qane edəcək.

Matçın pərdəarxası

"Qarabağ"

- Bu, "Qarabağ"ın Premyer Liqa təmsilçilərinə qarşı ikinci ev matçıdır. Ümumilikdə isə "atlılar" İngiltərə təmsilçiləri ilə 4-cü dəfə üz-üzə gələcəklər. Onlar 2016-cı il noyabrın 26-da evdə "Tottenhem"ə 0:1 hesabı ilə uduzmuş, eyni zamanda səfərdə də 1:3 hesablı məğlubiyyətə üzülmüşdü.

- Qrup mərhələsinin ilk ev oyununda "Roma"ya uduzan (1:2) "Qarabağ", üçüncü turda "Atletiko" ilə bərabərliyə razılaşaraq ilk xalını qazanmışdı.

- Azərbaycan təmsilçisi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Onlar II turda Gürcüstan "Samtredia"sını (5:0, 1:0), III turda Moldova "Şerif"ini (0:0, 2:1) və pley-offda isə Danimarka "Kopenhagen"ini (1:0, 1:2) yolundan kənarlaşdırıb.

- "Qarabağ" 4-cü dəfə Çempionlar Liqasında oynayır. Bundan əvvəlki 3 cəhdində komanda III təsnifat mərhələsində mübarizəni dayandırmışdı. Ötən mövsüm azərbaycanlılar səfər qolunun hesabına Çexiya "Viktoriya"sına uduzmuşdu.

- 2016/17 mövsümündə Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra "Qarabağ" ardıcıl 3-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Ancaq hələ heç vaxt bu turnirdə son 32 komanda arasına düşə bilməyib.
- "Qarabağ" Azərbaycanda ümumilikdə 5-ci, ardıcıl 4-cü dəfə çempion olmaqla Çempionlar Liqasında oynamağa haqq qazanıb.

"Çelsi"

- Qrup mərhələsinin ilk oyunu "Çelsi"nin hansısa Azərbaycan komandası ilə birinci görüşü idi.

- Bundan sonra Miki Batşuayın son dəqiqə qolu ilə "Atletiko" üzərində qələbə qazanan (2:1) londonlular ardınca "Roma"ya 0:3 hesabı ilə məğlub olaraq liderliyi də onlara təhvil verdilər.

- "Atletiko" üzərində qələbə ilə "Çelsi" son 10 səfər matçında 4-cü qələbəsini qazandı – 3 bərabərlik və 3 məğlubiyyət.

- Altıqat İngiltərə çempionu 1995/96 mövsümündən bu yana heç vaxt Avropa səviyyəli yarışlardan kənarda qalmayıb. 2003-2015-ci illərdə isə komanda ÇL qrup mərhələsinin daimi iştirakçısı olub.

- 2012-ci ildə Çempionlar Liqasının qalibi olan "Çelsi" yarışdakı sonuncu mövsümündə - 2015/16-da 1/8 finalda PSJ-yə məğlub olaraq mübarizəni dayandırmışdı.

- Londonlular ÇL-dəki ardıcıl son 3 mövsümündə qrupu mərhələsini qalib kimi başa vurub. Ümumilikdə isə komanda 11 dəfə qrup lideri olub. Yalnız bir dəfə - 2015/16 mövsümündə bu baryeri aşmaq mümkün olmayıb ki, onda da mübarizəni Avropa Liqasında davam etdirən "zadəganlar" həmin yarışın qalibi olub.

Məşqçilər və oyunçular arasındakı əlaqələr

- "Qarabağ"ın qapıçısı Anton Kanibolotski ilə "Çelsi"nin braziliyalısı Villian 2012/13 mövsümündə "Şaxtyor"da komanda yoldaşı olublar.

- Miçel "Birmingem"in heyətində "Çelsi"yə qarşı oynayıb. 2010-cu ilin yanvar ayının 27-də baş tutan və "Çelsi"inin 3:0 hesablı qələbəsi ilə başa çatan oyunda ispaniyalı 72-ci dəqiqədə meydana çıxıb.

- "Çelsi"nin baş məşqçisi Antonio Konte İtaliya millisinə rəhbərlik etdiyi vaxtda AÇ-2016-nın seçmə mərhələsində iki dəfə Azərbaycan yığması ilə qarşılaşıb və hər iki oyunda qələbəyə sevinib (2:1, 3:1).

- Palermodakı ilk oyunda hazırda "Qarabağ"da çıxış edən Qara Qarayev, Bədavi Hüseynov, Rəşad Sadıqov və Rahid Əmirquliyev ilk dəqiqələrdən Azərbaycan millisinin heyətində meydana çıxıb. Elvin Yunuszadə və Ağabala Ramazanov isə ehtiyatda qalıb. Bakıdakı cavab oyununda isə Bədavi meydandan qovuub, həmçinin Qara Qarayev, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Maksim Medvedev, Arif Daşdəmirov və Əfran İsmayılov ilk dəqiqələrdən oynayıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 937   Tarix: 08 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831