Bu icra başçıları yola salınır... — Kritik mərhələ başladı

Bu icra başçıları yola salınır... — Kritik mərhələ başladıİki il əvvəl Azərbaycan iqtisadiyyatının neft gəlirlərdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunun inkişafına dair tədbirlər planı hazırlandı və xüsusilə də aqrar rayonların icra başçıları qarşısına bununla bağlı xüsusi tapşırıqlar qoyuldu.

BiG.AZ xəbər verir ki, "Yeni Müsavat"ın yazdığına görə, xüsusilə büdcəni rayonlara ayrılan dotasıyadan və "yeyintilərindən" azad etmək üçün kənardan investisiya cəlb edilməsinə xüsusi diqqət ayrıldı. Ötən müddətdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, bu sahədə problemlər qalmaqdadır.

Prezident İlham Əliyev bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışaraq icra başçıları qarşısında konkret müddət qoydu.

Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar: "Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var".

Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi. "İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək", deyə, prezident xəbərdarlıq etmişdi.
Yayılan məlumatlara görə, pambıq yığımı başa çatar-çatmaz hakimiyyətin bəzi icra başçıları ilə yollarının ayrılacağı gözlənilir.

Pambıq yığımı ilə bağlı Statistika Komitəsinin oktyabrın 31-də açıqladığı rəsmi məlumatda da "başı üzərində qara buludlar" olan icra başçılarının olduğu təsdiqlənib. Ölkə ərazisində 31 oktyabra qədər 44 min tondan artıq pambıq tədarük edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artım demək olsa da, Ağsu, Göyçay, Hacıqabul, Cəlilabad, Füzuli kimi rayonlar pambıq yığımında ən aşağı məhsuldarlıq alıb. O cümlədən Ucar, Sabirabad, Zərdab (sonuncu yerdədir) və Yevlax kimi pambıqçılıq rayonları bu yarışdan xeyli kənarda qalıb.

Qəzet yazır ki, adıçəkilən icra başçıları ilə yanaşı, sabiq nazir Ziya Məmmədovun qohumlarının da vəziyyətləri ürəkaçan deyil. Ona görə Ucar (Mənsur Məmmədov) və Zərdabın (Lütvəli Babayev) icra başçıları da postları ilə vidalaşmalı olacaqlar.

Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi, mənimsənilməsi faktları da var ki, bu məlumatlar PA-da toplanaraq təftiş edilir. Məlumatlarda o da deyilir ki, Hesablama Palatası da büdcə vəsaitlərinin aidiyyəti üzrə xərclənməsi üçün apardığı yoxlamalarda 14 rayonun icra hakimiyyətində külli miqdarda yeyinti faktları aşkar edib ki, bunlar da ilin son ayında icra başçıları üçün həlledici olacaq. İddia olunur ki, həm prezidentin qətiyyətli tapşırığı, həm yaxınlaşmaqda olan seçki ili bu dəfə kimsəyə bağışlanılmaq şansı verməyəcək. O cümlədən oliqarxlar da özlərinə yaxın icra başçılarına "qoruna bilməyəcəyəkləri" barədə xəbərdarlıq edib. İcra başçıları üçün kritik ay başlayıb. Dekabrın 15-nə isə sayılı günlər qalır...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1338   Tarix: 08 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bir güllə belə atılmadan 4 kəndimizin geri qayıtması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir"

"Həqiqətən də çox qürürlu və xoşbəxt günlər yaşamaqda, ard-arda qələbə xəbərlərini almaqdayıq. Artıq bu həftə ərzində ikinci böyük qələbə xəbərini almışıq. Belə ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

22.04.2024 343
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22.04.2024 335
.

Hacı Şahinin oğurlanmış "YouTube" kanalı geri qaytarıldı

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi "YouTube" hesabı geri qaytarılıb. xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi "Facebook" səhifəsində məlumat verilib. "Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi "YouTube" kanalı ger

22.04.2024 411
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 546
.

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - FOTO

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib. Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib. Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birin

22.04.2024 762
.

"Məhsul" stadionu təmir olunur? - Video

Yasamal rayonunda "Məhsul" stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-d

10:39 154
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. BİG.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22.04.2024 274
.

Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"

22.04.2024 717
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22.04.2024 295