Qarabağda qan qoxusu - AKTUAL ŞƏRH

Qarabağda qan qoxusu - AKTUAL ŞƏRHLavrov planı yenidən gündəmə gəlir. Görünən budur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində dominant rol oynamaq imkanlarını əldən vermək istəmir.

Əlbəttə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsində əsas fiqur olması və həll prosesində mühümlüyü heç kimdə şübhə doğurmur. Amma Rusiyanın, ABŞ-ın və Avropanın münaqişənin mövcud durumu ilə bağlı mövqelərində müxtəlif yanaşmaların konturları görünməkdədir. Yanaşmaların təzahürləri ilə bağlı bundan əvvəlki yazılarda bəhs etmişdim.

Amma təzahür edən müxtəliflik heç də münaqişəyə və münaqişə tərəflərinə münasibətin dəyişməsi ilə bağlı deyil. Bu gün ABŞ və Rusiya arasında münasibətlərin soyuqlaşması Dağlıq Qarabağ münaqişəsinə də münasibətdə özünü göstərir. Bəllidir ki, dünyanın ən qaynar nöqtələri hesab olunan Suriya və Ukraynada bu iki güc mərkəzinin maraqları toqquşur. Bu amil münaqişələri bir az da qızışdırır. Yəni əslində dünyanın qaynar nöqtələrində dünyanın güc mərkəzlərinin maraqları toqquşur. Bu günə qədər Dağlıq Qarabağda maraqlar toqquşmayıb, üst-üstə düşüb. İndi isə situasiya dəyişir.

Lavrov planından sonra Minsk Qrupunda ABŞ-ı təmsil etmiş Hoqlandın səsləndirdiyi fikirlər situasiyanın dəyişdiyinin təzahürü idi. ABŞ və Avropa yarana biləcək ekstremal situasiyalardan sığortalanmaq üçün Prezidentlərin görüşünə nail oldu. Hesab etmək olardı ki, Qərb Rusiyanın maraqlarına, müvəqqəti də olsa, veto qoya bildi.

Amma son günlər baş verənlər bir daha sübut edir ki, Rusiya israrlıdır. Və öz dominantlığını daha aqressiv şəkildə ortaya qoymaq niyyətindədir.

Bu günə qədər Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan tam yeni hesab oluna biləcək fikirlər səsləndirdi: "Azərbaycana dəstək olmaq üçün və ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq. Təbii ki, bu, sadəcə erməni lobbisini deyil, Qərbdəki bəzi qüvvələri də narahat edəcək".

Sitatın sonunda "Qərbdəki bəzi qüvvələrin narahat olacağının" vurğulanması məsələnin mahiyyətini tam açır. Son vaxtlar ABŞ-la münasibətlərində soyuqluq yaranan Türkiyənin prezidenti kimi Ərdoğanın bu məqamı vurğulaması Rusiyanın dominantlığının Qərbin maraqlarını açıq-aşkar tapdalayacağı anlamına gələ bilər. Bu isə çox təhlükəlidir.

Rusiya regionda öz maraqlarını təmin etmək və Qərbə qarşı barmaq silkələmək üçün aqressiv siyasət yürütməyə başlasa, Dağlıq Qarabağda situasiyanın gərginləşməsi müşahidə oluna bilər. Bu, çox təhlükəlidir. Təbii ki, atılacaq addımların özəyini 5 rayon əvəzində Rusiyanın irəli sürdüyü 3 şərtin təmin edilməsi təşkil edəcək. Avrasiya İttifaqına qoşulmaq, KTMT-yə üzv olmaq və rus sülhməramlılarının Qarabağa girməsinə razılıq vermək.

Nəzərə alaq ki, bölgədə kifayət qədər silah-sursat yığılıb və bu silah-sursatın əsas hissəsi rus silahıdır. Rusiya bu amildən yararlanıb Qərbi təhdid də edə və maraqlarını reallaşdırmağa girişə bilər. Bütün hallarda Dağlıq Qarabağda qan qoxusu gəlir...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1073   Tarix: 06 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264