Həsən Şirinov DANIŞDI: "Qanunu pozan mənim bacım oğlu olsa da..."

Həsən Şirinov DANIŞDI: "Qanunu pozan mənim bacım oğlu olsa da..."Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin keçmiş rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinov bacısı oğlu Cahangir Əliyevin məhkəmənin qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilməsi məsələsinə münasibət bildirib.

BiG.AZ xəbər verir ki, Həsən Şirinov ölkə.az-a açıqlamasında deyib ki, qanun qarşısında hər kəs eyni məsuliyyət daşıyır:

"Qanunu pozan şəxsin mənim bacım oğlu və ya övladım olması onların məsuliyyətdən yayınmasına heç bir əsas vermir. Azərbaycan hüquqi dövlətdir, burada hamı qanunların tələblərinə əməl etməlidir. Bu cür hallarda mənim adımın hallandırılması doğru deyil. Bilirsiniz, hər bir adam haqqında danışmamışdan, yazmamışdan öncə, gərək onun barəsində dəqiq məlumatlar öyrənilsin. O zaman həmin adamların buna layiq olub-olmaması bəlli olacaq. Hər kəs öz əməlinə görə cavabdehdir. Nə olsun ki, kimsə mənim bacım oğludur? Məgər bu onun məsuliyyətdən yayınmasına əsas verir? İndi qardaş qardaşa, ata övladına cavabdeh deyil. Mənim haqqımda kim nə yazırsa, yazsın. Quru divar palçıq götürməz. Əgər bacım oğlu qanunun tələblərinə əməl etməyibsə, o zaman gedib qanun qarşısında cavab verməlidir. Mən hər zaman qanunun tərəfindəyəm, kim doğrudursa, onun yanındayam, haqq-ədalətin tərəfindəyəm. Əgər məndə qanunu pozsam, onun cəzasını çəkməyə hazıram. Mən qanunun tələblərinə əməl edən adamam. Azərbaycanda qanunların əsas gözəlliyi odur ki, indi kim günahkardırsa, kim qanunu pozubsa, o məsuliyyət daşıyır. Daha Sovet İttifaqı dövründə olduğu kimi, sırf atanın əməlinə görə oğul və ya digər qohumlar məsuliyyətə cəlb olunmur. Nə qədər adam tanıyıram ki, oğulu həbsxanada olsa da, ata vəzifəsində qalır. Çünki hər kəs öz əməli qarşısında məsuliyyət daşıyır".

Polis generalı övladlarının da qanunun tələblərinə əməl etdiyini söyləyib:

"Əgər mənim oğlum qanunun tələblərini pozsa, mən onun məsuliyyətdən yayınmasına əngəl olmaram. Əgər oğlum doğrudan da qanunu pozsa, gedib cəzasını çəkər. Əgər cənab Prezidentimiz deyirsə ki, hamı qanunun tələblərinə əməl etməlidir və heç bir vəzifə onları məsuliyyətdən yayındıra bilməz, deməli, bu belə də olmalıdır. Hər kəs bu dövlətə xidmət etməli və cənab Prezidentin ətrafında sıx birləşməlidir".

"Nurgün Motors"un prezidentinin oğlu Nurxan Əliyevlə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları arasında baş verən insidentə də toxunan Həsən Şirinov bu hadisədən xəbərsiz olduğunu söyləyib:

"Hələlik bu barədə məlumatsızam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2006   Tarix: 06 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ceyran Rəhimovadan aparıcılara sərt tənqid!

"Bir aparıcı ki, qonağın əyləşdiyi divanın qoltuğunda oturursa, onu oradan qaldırmaq mümkün deyil. Mən bunu qonağa hörmətsizlik hesab edirəm. Aparıcının öz yeri, özünü aparmağı olmalıdır. Aparıcı səmimiyyət yaradır. Bu səmimiyyət deyil. Şounu hər bir aparıcı yarada bilər. Lakin çərçivədə etməliyik"

16:56 57
.

KİV: İsrail İranı vura bilər

İsrailin hərbi cavabı öz imkanlarını nümayiş etdirmək üçün İranın dərinliklərindəki hədəflərə zərbələr endirmək ola bilər. Bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı adı açıqlanmayan ABŞ-li məmura istinadən məlumat yayıb. Məlumata görə, İranın hücumuna İsrailin potensial cavabı gərginliyi artırma

12:02 215
.

Meksikada helikopter qəzaya uğrayıb: 3 nəfər ölüb

Meksikanın Koyoakan bölgəsində helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb. Qəzadan sonra yanğın baş verib. Bölgəyə axtarış-xilasetmə qrupları cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, pilot son anda manevr edib ki, helikopter yaşayış məntəqəsin

09:59 151
.

Yunanıstan tərəfindən ölən qeyri-qanuni miqrantlar xilas edildi

Yunanıstanın sahil mühafizəsi tərəfindən Bodrumun şimal-qərbində qalan qeyri-qanuni miqrantların xilas edildiyini açıqlayıb. BİG.az xəbər verir ki, bu barədə Yunanıstan Milli Müdafiə Nazirliyi məlumat yayıb. Həmin görüntüləri təqdim edirik:

14:30 0
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

14:33 243
.

İran-İsrail məsələsi illər əvvəl "Kurtlar Vadisi"ndə - VİDEO

İranın başlatdığı PUA hücumu ilə Yaxın Şərqdə gərginlik yenidən artarkən, Türkiyədə yayımlanan "Qurdlar Vadisi" serialında yer alan səhnə gündəmə gəlib. -a istinadla xəbər verir ki, səhnədə İran və İsraillə bağlı dialoq var. Dialoq belədir:. "Əslində, bölgədə İsraillə İran arasında sözsü

15.04.2024 680
.

Məleykə Abbaszadə: "Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir"

"Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinli

16:28 151
.

Qatar hava yolları İrana uçuşları bərpa edib

Qatar hava yolları İrana uçuşları bərpa edib. BİG.az xəbər verir ki, aprelin 13-də başlayan hücumlardan sonra İrana uçuşları ləğv edib. Bu barədə Qatar hava limanı açıqlama bildirilib. Açıqlamada qeyd olunub ki, Tehran, Məşhəd, Şiraz və İsfahan ilə həftəlik 20 uçuş bərpa edilib

15:28 109
.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

11:01 395