"Qalatasaray"dan 5 qolluq qələbə - VİDEO

"Qalatasaray"dan 5 qolluq qələbə - VİDEO

Türkiyə Super Liqasında XI tura start verilib.

Lider "Qalatasaray" açılış oyununda "Gənclərbirliyi"ni qəbul edib.

Son iki turda "Fənərbaxça" ilə "sülh" bağlayan, "Trabzonspor"a uduzan "Cim-Bom" bu dəfə böyük hesablı qələbə qazanıb - 5:1. "Qalatasaray"ın heyətində Bafetimbi Qomis dubl edib (biri penaltidən), Mariano, Maykon və Tolqa Ciğerci bir qol vurub. "Gənclərbirliyi"nin təsəlli qoluna isə Aleksandar Skekiç imza atıb.

Qeyd edək ki, "Qalatasaray" 11 oyundan sonra 26 xalla turnir cədvəlinə başçılıq edir. "Gənclərbirliyi" isə 8 xalla 17-ci pillədə qərarlaşıb.

mənbə: fanat.az


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 781 Tarix: 04.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
raiden
raiden 04.11.2017
Super


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər