Azərbaycana borcu olan ölkələr

Azərbaycana borcu olan ölkələrAzərbaycanın xarici dövlət borcu barədə məlumatlar müntəzəm olaraq Maliyyə Nazirlıyi tərəfindən açıqlanır. Nazirliyin son məlumatına görə, cari ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 172,6 milyon ABŞ dolları (12 milyard 208,5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti isə 18,9 faiz təşkil edib.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, bu, bizim borcumuz - yəni verəcəyimiz məbləğdir. Bəs bizə borcu olanlar varmı? Varsa, kimlər və nə qədər bizdən borc alıb? Suallara cavab tapmaq üçün Maliyyə Nazirliyinin saytına baş vurduq, lakin axtardığımız məlumatı tapa bilmədik. Buna görə də qurumun mətbuat xidmətinə sorğu göndərdik, amma 2 gün ərzində cavab almaq mümkün olmadı.

Buna görə də yalnız ölkə və xarici mətbuatda gedən məlumatlara əsasən indiyədək Azərbaycandan Belarus, Gürcüstan, İran, Monteneqro, Serbiya kimi ölkələrin borc aldığını söyləmək olar. Bunlardan 2010-cu ildə Belarusa verilən 200 milyon dolların cəmi 12 təqvim günü müddətinə verildiyi deyilirdi. Onun qaytarılıb-qaytarılmaması barədə rəsmi məlumat açıqlanmayıb.

2011-ci ildı isə Azərbaycan Maliyyə Nazirliyi Belarusun "Belaruskaliy" ASC-sinə 300 milyon dollar kredit ayırıb. Bu kreditə görə Belarus dölətindən zəmanət alınıb. Kreditin şərtləri açıqlanmayıb.

2012-ci ildə isə Azərbaycan Serbiyaya yol tikintisi üçün 300 milyon avro kredit verib. Kredit illik 4 faizlə, 15 illiyə ayrılıb. 2016-cı ilədək kredit faizləri olaraq Azərbaycanın 40 milyon avro gəlir götürdüyü bildirilir. Həmin il isə kredit vəsaitlərindən istifadə müddəti 2 il də artırılıb.

Bundan başqa, 2016-cı ildə Azərbaycan Monteneqro hökumətinə də kredit verib. Vəsaitin Veriqe boğazı üzərindən körpünün tikintisinə sərf olunacağı nəzərdə tutulurdu. Kreditin məbləği 175 milyon avro, müddəti isə 15 il təşkil edir.

Azərbaycandan Venesuela da borc istəyib. 2016-cı ildə bu ölkənin prezidenti Maduro gözlənilmədən Azərbaycana səfər etmişdi. O zaman məlum oldu ki, səfərdə məqsəd Azərbaycandan 500 milyon dollar borc almaq imiş. Lakin Azərbaycanın dərin iqtisadi tənəzzüldə olan, 120 milyard dollar borcun altında inləyən bu ölkəyə kredit verib-vermədiyi açıqlanmır.

Maraqlıdır ki, Hesablama Palatasının dediyinə görə, əvvəlki illərdən fərqli olaraq Azərbaycanın 2018-ci il dövlət büdcəsində xarici dövlətlərə kreditlərin verilməsi ilə bağlı vəsait proqnozlaşdırılmayıb. Bu səbəbdən də növbəti ilin büdcə layihəsində ilk dəfə olaraq iqtisadi təsnifat üzrə maliyyə aktivləri üzrə əməliyyatların maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayıb.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, xaricə verilən borclarla bağlı bir mənbə dövlət büdcəsidir: "Xarici dövlətlərə verilmiş borclarla bağlı məlumatlar dövlət büdcəsində "Digər gəlirlər" bölməsində "Xarici hökumətdən alınan faizlər" altbölməsində açıqlanır. 2017-ci ildə bu altbölmə üzrə dövlət büdcəsinə 50 milyon 815 min manat vəsaitin daxil olacağı proqnozlaşdırılıb. Növbəti il üçünsə bu mənbədən 68 milyon 529 min manat daxilolma nəzərdə tutulur. Bu isə o deməkdir ki, xarici dövlətlərə verilən borclardan gəlirlərimiz artır. Lakin təəssüflər olsun ki, Maliyyə Nazirliyi xarici borclarla bağlı açıqlamalarında yalnız Azərbaycanın xarici dövlət borcu barəsində ümumi rəqəmləri ictimailəşdirir. Azərbaycanın hansı dövlətlərə və nə qədər borc verməsinə dair statistika isə əlçatan deyil. Güman edirəm ki, növbəti ilin büdcəsində də bu altbölmə üzrə gəlirlər nəzərdə tutulur. Bu məlumatlar büdcə barədə açıqlanan ümumi məlumatlara daxil edilmir. Güman edirəm ki, Milli Məclis üzvlərinin əksəriyyəti də bu məlumatları görmür, çünki büdcə ilə bağlı izahatlarda bu məsələyə ümumiyyətlə, toxunulmur."

Ekspertin sözlərinə görə, borclarla bağlı məlumatlar əlçatan olmadığına görə də onları səmərəlilik baxımından qiymətləndirmək mümkün deyil: "Hansı ölkələrə borc verildiyinə dair ancaq mətbuatdan məlumat almaq olur. Yalnız Gürcüstana verilən kreditlər barədə bir qədər ətraflı məlumata rast gəlmək olur. Məndə olan məlumata görə, Azərbaycan bir sıra Balkan ölkələrinə də borc verib. Monteneqro, Serbiya, eyni zamanda Belarus və İran da Azərbaycandan kredit alan ölkələrdir. İrana kreditlərin dəmiryol tikintisi üçün və 500 milyon dollar həcmində ayrıldığı deyilir, lakin şərtlər və müddət açıqlanmır. Yenə də təəssüflər olsun ki, nə xaricə verilən kreditlərin ümumi və ya ölkələr üzrə məbləği, nə də şərtləri açıqlanmır deyə onların səmərəliliyini qiymətləndirmək mümkün deyil. Hesab edirəm ki, ölkənin təbii sərvətlərindən əldə edilən gəlirlərdən verilən borclar, eyni zamanda dövlət büdcəsinin gəlirləri ilə bağlı şəffaflıq artırılmaldır. Yalnız bu halda həmin gəlirlərin şəffaf və hesabatlı xərclənməsinə nail olmaq mümkündür."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 982   Tarix: 04 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693