Sərnişinləri sallaşan vəziyyətdə aparan sürücülər niyə cəzalandırılmır? - AÇIQLAMA

Sərnişinləri sallaşan vəziyyətdə aparan sürücülər niyə cəzalandırılmır? - AÇIQLAMAGünün pik saatlarında - səhər işə gedilən və axşam işdən çıxılan radələrdə sərnişin avtobuslarının hərəkət qrafiki intervalında gecikmələr olur. Bunun bir səbəbi həmin vaxt yollarda müşahidə edilən sıxlıqla əlaqədardır. Nəticədə işə tələsən sərnişinlərin dayanacağa yaxınlaşan avtobusa "hücumu" baş verir. Və avtobuslar dolub-daşır. Bəzi sürücülər isə sərnişindaşıma qaydalarını pozmağa görə dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymur, sərnişinləri avtobusun qapısından sallaşan vəziyyətdə aparırlar.
Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslarda belə halları tez-tez müşahidə etmək olur.

BiG.AZ xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqədar şöbəsinin sektor müdiri Mais Ağayev Modern.az-a bildirib ki, məlum məsələylə əlaqədar onlar tərəfindən tədbirlər görülür: "Agentlik Bakıətrafı kənd və qəsəbələrdə sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir. Bu işlərin icrası nəticəsində hazırda mövcud olan xoşagəlməz hallar aradan qalxacaq. Avtobusların qapısı açıq halda, sərnişin qapıdan sallanan vəziyyətdə idarə edilməsi əlbəttə yolverilməzdir. Agentlik daşıyıcılarla keçirilən bütün görüşlərdə bununla bağlı məsələni qaldırır və müvafiq tapşırıqlar verir. Lakin hələ də bu kimi neqativ hallarla rastlaşırıq. Bakı Nəqliyyat Agentliyinə bununla bağlı istər mediadan, istərsə də sərnişinlərimizdən müraciətlər daxil olan kimi məsələ araşdırılır və zəruri tədbirlər görülür. Qeyd etdiyim kimi, nəzərdə tutulan tədbirlərimizin icrası nəticəsində bu kimi hallar aradan qaldırılacaq".

Mais Ağayev bildirib ki Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində bu cür halların müşahidə edildiyi avtobusların aid olduğu daşıyıcı şirkət qarşısında məsələ qaldırır və onlar zəruri cəza tədbirlərini görürlər. Amma əgər sürücü bu halları dəfələrlə təkrar edirsə,o zaman o, işdən azad edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 973   Tarix: 03 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693