Fədayə Laçın azadlığa buraxıla bilər - "BU ŞƏRTLƏ"

Fədayə Laçın azadlığa buraxıla bilər - "BU ŞƏRTLƏ"Fədayə Laçının qaçmasına köməklik göstərdiyi şəxslərdən biri tutulduğuna, digəri öldürüldüyünə görə, onun barəsindəki həbs-qətiimkan tədbirinin dəyişdirilməsi gündəmə gələ bilərmi?

Modern.az məsələnin hüquqi müstəvidə həlli və F.Laçının həmkarlarının ona zamin dura bilib-bilməyəcəklərilə bağlı məsələni araşdırıb. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, qətiimkan tədbirinin dəyişdirilməsi mümkündür:

"Qətiimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətiimkan tədbirləri seçilə bilər. Cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, yüngül qətiimkan tədbirilə əvəz edilə bilər.

Hazırki şəraitdə Fədayə Laçın barəsində həbs-qətiimkan tədbiri seçilib. Bu, ciddi qətiimkan tədbiri hesab olunur. Qətiimkan tədbirinin təsdiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti çərçivəsində onu ləğv edə bilər. Nəzərə alsaq ki, həbs-qətiimkan tədbiri məhkəmə tərəfindən seçilib, onun ləğvi də yalnız məhkəmə qaydasında mümkündür. Qətiimkan tədbirinin dəyişdirilməsi, yaxud zaminliyə verilməsilə bağlı qərar verilə bilər. Bu da yalnız məhkəmə qərarı ilə. Zaminliyə verilmə iki cür olur: şəxslərin zaminliyinə verilmə və təşkilatın zaminliyinə verilmə. İndiki halda Fədayə Laçın yalnız məhkəmə qərarı ilə şəxslərin zaminliyinə verilə bilər".

Hüquqşünas bildirib ki, zamin durmaq istəyən şəxslər müvafiq qaydada cinayət işinə prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edə bilər:

"Bu halda prokuror tərəfindən də məhkəməyə müraciəti əsasında qətiimkan tədbiri dəyişdirilə bilər. Yaxud vəkil məhkəmə qarşısında vəsatət qaldıra bilər. Amma hər şeydən əvvəl məhkəmə tərəfindən zaminliyin mümkünlüyü haqqında qərar olmalıdır. Bütövlükdə Fədayə xanımın zaminliyə verilib-verilməməsi ilə bağlı məsələ həm cinayət işinin istintaqını aparan müstəntiq və həm də prokuror tərəfindən qaldırıla bilər. Bu baş verəcək yoxsa yox, söyləmək çətindir.

Qətiimkan tədbirinin dəyişdirilməsi zamanı təqsirləndirilən şəxsə 2 nəfərdən 5 nəfərə qədər şəxs zamin dura bilər. Şəxsin gələcəkdə istintaqdan qaçıb gizlənmə ehtimalı və istəyi yoxdursa, qətiimkan tədbirinin dəyişdirilməsi mümkün sayılır. Zaminliyə buraxılma zamanı şəxsin məhkumluğu ləğv edilmir, istintaq davam edir. Bunun üçün ibtidai istintaqı həyata keçirən subyektlərin fikirləri və rəyləri əsasdır. Amma məhkəmə bütövlükdə məsələyə baxıb qərar verə bilər. Nə qədər ki, Fədayə Laçın haqqında həbs-qətiimkan tədbiri seçilib, onun dəyişdirilməsi yalnız məhkəmə qaydasında mümkündür".

Bəs, məhkəmə həbs-qətiimkan tədbirinin dəyişdirilməsilə bağlı qərar çıxararsa, həmkarları ona zamin durmaa istəyərmi?

Fədayə Laçının həmkarı, uzun müddət duet ortağı olan Tacir Şahmalıoğlu Modern.az-a deyib ki, zamin durmaq xoşuna gələn iş deyil:

"Bir eloğlu, müəllim, həmkar kimi nə kömək lazım olarsa, etməyə hazıram. Biz bir yerdə çörək kəsmişik. Fədayə mənim tərəf-müqabilim olub, yaxşı insandır, xətrini çox istəyirəm. Köməkliyimi bu cür edərəm. Amma zamin durmaq mənim xoşuma gələn iş deyil".

Digər tanınmış müğənni Manaf Ağayev isə həmkarı Tacir Şahmalıoğlundan daha ürəkli danışıb:

"Desəm, durmaram pis çıxacaq, desəm duraram, onda da cinayətkar olacam. Yox əgər, qanun buna yol verirsə, zamin duraram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7586   Tarix: 03 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245