Azərbaycanda toyuna hazırlaşan oğlanın acı taleyi - FOTO

Azərbaycanda toyuna hazırlaşan oğlanın acı taleyi - FOTO"Cavidin ölümündə Həkimlər günahkardır".

BiG.AZ bildirir ki, bunu aznews.az-a açıqlamasında arı sancmasından dünyasını dəyişən, mərhum Cavid İmanlının bacısı Natavan Həsənli bildirib. O, qardaşının əməliyyatının ailə üzvlərinin razılığı olmadan həyata keçirildiyini deyib:

"Cavidin qolundan arı sancmışdı. Qolu şişmişdi. Deyirdi ki, "mən belə dayana bilmirəm". Şişdən narahat olurdu. Biz nə qədər desək də eşitmədi, öz ayağı ilə həkimə getdi. Anamın yanında qanı analiz olundu. Nəticələr çıxanda məlum oldu ki, heç bir mikrob keçməyib. Həmin vaxt iynə də vurub şişin altında çirkin olub-olmamasını yoxlayıblar. Dedilər sistem köçürək, sabah evə yazılar. Səhəri anam gəldi ki, həkimlər Cavidin əməliyyat olunacağını deyirlər. Anam isə onun əməliyyat olunmağını istəmədiyini bildirib. Həkim deyib ki, "qolunda cirk var, yarılıb çıxarılmalıdır. Yoxsa çirk bədənə yayılar, qolu "qanqrena" verər".

Natavan Həsənli qeyd edib ki, Cavid İmanlı xəstəxanada olduğu müddətdə ona bir ağrıkəsici vurublar:

"Qanqrena etsəydi, qolunu kəsərdin, daha niyə öldürürdünüz? Anam deyib ki, "nə istəsəniz verəcəm. Oğlumun bir ay sonra toyu olacaq. Toyumu yasa çevirməyin". Anam Cavidə narkoz vurulmasına razı olmayıb. Bildirib ki, yerli ağrıkəsicidən istifadə edin. Həkimlər anamın bu istəyini də nəzərə almadan Cavidə adi bir palatada narkoz vurub qolunu yarıblar. Elə orada baxıblar ki, uşaq ölüb. Orada bir aparat olsaydı onu şokdan çıxarardılar".

Natavan Həsənli qardaşının ölməmişdən öncə son arzusundan da danışıb: "Cavid deyib ki, "ana acam, yemək istəyirəm". Həkim ona heç nə yeməyə imkan verməyib".

Natavan Həsənli onu da bildirib ki, Cavid poeziya vurğunu olub: "Tez-tez şeir deyirdi. Nişanlısı ilə birlikdə "Unutmaq asansa, sən unut" şerinin videorolikini hazırlatmışdı. Dediyi şeirdə nişanlısına "Beləmi bitirmiş hər eşqin sonu" deməsi sanki həyatından xəbər verirmiş. Ondan bu haqda soruşanda deyirdi ki, "bilmirəm, bu şeirdən cox xosum gəlir".

Xatırladaq ki, Bakı şəhər sakini Cavid İmanlını oktyabrın 25-də arı sancıb. O, bununla bağlı 3 saylı Sabunçu Tibbi Mərkəzə müraciət edib. Həkimlər onun qolunda çirk kristallaşması diaqnozu ilə əməliyyat ediblər. Əməliyyatdan sonra Cavidin vəziyyəti ağırlaşıb. Reanimasiya şöbəsinə köçürüldükdən sonra isə dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4490   Tarix: 03 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı

Fələstin administrasiyası yeni kabinetin formalaşdığını açıqlayıb. Prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb. Məlumata görə, kabinetdə digərləri ilə yanaşı, erməni qadın nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır

14:28 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 0
.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 0
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

14:42 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0