Xocalılı qadınlardan Qarabağa qanunsuz səfər edən "CNN"-nin aparıcısına MƏKTUB - FOTO

Xocalılı qadınlardan Qarabağa qanunsuz səfər edən "CNN"-nin aparıcısına MƏKTUB - FOTOXocalı qadınları və Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən Dağlıq Qarabağa qanunsuz səfəri ilə əlaqədar CNN-in aparıcısı, baş aşpaz, yazıçı Entoni Bourdayna məktub göndərilib.

BiG.AZ xəbər verir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasından APA-ya verilən məlumata görə, məktubda 1991-94-cü illər müharibəsinin fəal dövrü zamanı Xocalı şəhərinə edilən hücum barədə məlumat verilib.

Bildirilib ki, 1992-ci il fevralın 26-da erkən saatlarda Xocalının kütləvi artilleriya bombalanmasından sonra müxtəlif istiqamətlərdən hücum başlanıb: "Nəticədə Ermənistan silahlı qüvvələri hazırda da bölgədə yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. İşğalçılar Xocalını xüsusi amansızlıqla dağıdıb və mülki əhalini tamamilə məhv etdilər. Ermənistan silahlı qüvvələri xüsusi qəddarlıqla - diri-diri yandıraraq, baş dərisini soyaraq, boynu vuraraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vuraraq vəhşiliklər törətdilər. Hətta uşaqlar belə istisna deyildi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. Digər 1000 sakin yaralandı, 1,275-i girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Xocalı şəhərində vətəndaşların qəsdən öldürülməsi irqçi ayrı-seçkilik əsasında onların kütləvi şəkildə qırğınına yönəldilib. Ermənistanın o vaxtkı müdafiə naziri və hazırda prezident olan Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Val ilə müsahibəsində utancverici formada günahkar olduğunu deyib: "Xocalıdan öncə, azərbaycanlılar düşünürdülər ki,…….erməni xalqı dinc əhaliyə qarşı heç vaxt əl qaldıra bilməz. Biz bu stereotipi sındıra bildik".

Məktubu imzalayanlar Entoni Bourdaynın peşəkarlığına və beynəlxalq mətbəx haqqında hazırladığı proqramlara hörmət etdiklərini bildiriblər və qeyd ediblər ki, sülh şəraitində belə bir mətbəx mübadilələri xalqları bir araya gətirir: "Lakin davamlı müharibə və amansızlıq şəraitində belə bir mədəni proqram müharibə cinayətlərinin qurbanı olan, yaxınlarını və öz doğma yurdlarını itirən bizim kimi insanlar tərəfindən etnik təmizləmə və güc yolu ilə torpaq əldə etmə siyasətinin dəstəklənməsi kimi başa düşülə bilər. Xahiş edirik başa düşəsiniz ki, biz hətta işğal olunmuş ərazilərdə valideynlərimizin və digər yaxınlarımızın məzarlarını belə ziyarət etməkdən məhrum olunmuşuq. Ötən 25 il ərzində biz doğma torpaqlarımıza qayıtmaq, evlərimizi yenidən qurmaq, viran qoyulmuş və əhalisi didərgin salınmış Şuşa şəhərində sizin ermənilər tərəfindən qonaq edildiyiniz Azərbaycanın milli yeməyi olan şilə plovunu uşaqlarımız üçün yenidən bişirmək həsrəti ilə yaşayırıq".

Məqalədə qeyd olunub ki, işğalın dəstəklənməsi, bununla işğal faktının və müharibənin uzadılması bu faciədən faydalananlardan başqa kimsəyə kömək etmir: "Əvəzində biz iki xalqa sülh əldə etmək üçün yardım etməli və beynəlxalq sülh yaratma cəhdlərini təşviq etməliyik. Biz vəziyyətin həssaslığını və bir çoxlarımızın yaşadıqları əzabları nəzərə almağa çağırırıq. Həmçinin, biz Azərbaycanın işğal olunmuş və etnik təmizlənməyə məruz qalmış ərazilərindən hazırlanmış hissəni şounuza daxil etmək qərarınızı yenidən nəzərdən keçirməyə çağırırıq".

Xocalılı qadınlardan Qarabağa qanunsuz səfər edən "CNN"-nin aparıcısına MƏKTUB - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 953   Tarix: 03 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880