Məhbusların qaçmasına görə həbs edilənlər vəkildən imtina etdilər

Məhbusların qaçmasına görə həbs edilənlər vəkildən imtina etdilərOktyabrın 23-də Bakıda xüsusi təyinatlı vaqondan 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov hüquqlarını müdafiə etmək üçün təklif edilən vəkildən imtina ediblər.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər məhkəmə prosesinə vəkilsiz çıxıb. Məhkəmədə onlara dövlət tərəfindən vəkillə təmin edilmələri təklif olunub. Lakin təqsirləndirilən şəxslər bildiriblər ki, onlar ixtisasca hüquqşünasdırlar və dövlət tərəfindən vəkillə təmin edilməyə ehtiyacları yoxdur.

Məlumata görə, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilərkən də onlar müdafiəçisiz olublar.

Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Oktyabrın 26-da Ə.Ağami Salyan rayonu ərazisində saxlanılıb, noyabrın 1-də isə E.Məmmədov saxlanılarkən Ələt qəsəbəsi ərazisində polisə silahlı müqavimət göstərdiyi üçün öldürülüb.

Faktla bağlı Baş prokuror yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı B.Abdullayev, qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri F.Hacıyev və T.Platxanov saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1437   Tarix: 03 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 128
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 133
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

24.04.2024 1615
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 186
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 235
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 419
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 242
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

24.04.2024 548
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 126