Qənirə Paşayeva Misir nazirləri, qadın millət vəkilləri ilə Ermənistan işğalçılarına qarşı - FOTOLAR

Qənirə Paşayeva Misir nazirləri, qadın millət vəkilləri ilə Ermənistan işğalçılarına qarşı - FOTOLARMillət vəkili Q.Paşayeva Misir Milli Qadın Şurası prezidenti, naziri, qadın millət
vəkilləri və təşkilat rəhbərləri ilə Ermənistanın işğalçılıq siyasətindən danışıb. 
 
BiG.AZ xəbər verir ki, Misir Milli Qadın Şurasının prezidenti, nazir Maya Morsi, Marianne Amir
Azer başda olmaqla Misir qadın millət vəkilləri,  Beynəlxalq Biznes və Peşəkar
Qadınlar Federasiyasının Misir üzrə rəhbəri Omnia Fahmy və təşkilatın rəsmiləri
ilə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə
Misirlə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.  Azərbaycan parlamentinin
Misirlə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət
vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu
istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını
deyib. Müzakirələr zamanı millət vəkili Q. Paşayeva Misir Milli Qadın Şurasının
prezidenti, nazir Maya Morsi, Marianne Amir Azer başda olmaqla Misir qadın
millət vəkilləri,  Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının Misir üzrə
rəhbəri Omnia Fahmy və təşkilatın rəsmilərinə Azərbaycanda qadınların
cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan
həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva Dağlıq
Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili onlara
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə
bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Misir
nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı
qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi
köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan
tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı
qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan
verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında
yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə
nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə
uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan
tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi
qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi
köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət
vəkili nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid
kitablar, sənədli filmlər də təqdim edib. Misirin da Azərbaycanla əməkdaşlığın,
dostluğun inkişafına böyük önəm verdiyini deyən  Misir Milli  Qadın Şurasının
prezidenti, nazir Maya Morsi, Marianne Amir Azer başda olmaqla Misir qadın
millət vəkilləri, Beynəlxalq Biznes və  Peşəkar Qadınlar Federasiyasının Misir üzrə
rəhbəri Omnia Fahmyvə təşkilatın rəsmiləri iki ölkə arasında münasibətlərin
getdikcə daha da surətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin
qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında
münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın
inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə və iki ölkə
arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam
vurğulanıb. Millət vəkili Qənirə Paşayeva Misir Milli Qadın Şurasının prezidenti,
nazir Maya Morsi, Marianne Amir Azer başda olmaqla Misir qadın millət vəkilləri,

Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının Misir üzrə rəhbəri Omnia
Fahmy və təşkilatın rəsmilərinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə
bağlı da məlumatlar verib.

Qənirə Paşayeva Misir nazirləri, qadın millət vəkilləri ilə Ermənistan işğalçılarına qarşı - FOTOLARQənirə Paşayeva Misir nazirləri, qadın millət vəkilləri ilə Ermənistan işğalçılarına qarşı - FOTOLARQənirə Paşayeva Misir nazirləri, qadın millət vəkilləri ilə Ermənistan işğalçılarına qarşı - FOTOLARQənirə Paşayeva Misir nazirləri, qadın millət vəkilləri ilə Ermənistan işğalçılarına qarşı - FOTOLARQənirə Paşayeva Misir nazirləri, qadın millət vəkilləri ilə Ermənistan işğalçılarına qarşı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 992   Tarix: 03 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874