Azərbaycan yığmasından biabırçı nəticə - 0:20

Azərbaycan yığmasından biabırçı nəticə - 0:20

2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələr arasında Yay Olimpiya Oyunlarının futzal üzrə təsnifat oyunları keçirilir. "Qaynarinfo" xəbər verir ki, Azərbaycanın U-17 yığması təsnifat turnirində ikinci oyununu Rusiyaya qarşı keçirib.

Ruslan millimizi meydana çıxmağa peşman edib. 20 qolun vurulduğu oyunda komandamız 0:20 hesabı ilə uduzub. Millimiz ilk oyunda Slovakiyaya 0:12 hesabı ilə uduzmuşdu.

17 yaşadək qızlardan ibarət millimiz isə təsnifat turnirinin ikinci oyununda Portuqaliya ilə qarşılaşıb. Oyun portuqaliyalıların 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız ilk oyunda İtaliyaya 0:2 hesabı ilə uduzmuşdu.

mənbə: yenicag.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 1196 Tarix: 03.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər