SOCAR-ın neft buruğunda FACİƏ: Ölən, yaralanan var

SOCAR-ın neft buruğunda FACİƏ: Ölən, yaralanan varQaradağ rayonu ərazisində yerləşən Azneft istehsalat birliyinin buruğunda faciə baş verib.

Buruğda boru 52 yaşlı Gözəlov Fikrət Alıkişi və 54 yaşlı Ədilov Cavad Əlibala oğlunun üstünə düşüb.

Ağır xəsarətlər alan işçilər xəstəxanaya çatdırılıb. Fikrət Gözəlov aldığı xəsarətlərlə xəstəxanada dünyasını dəyişib.

Digər yaralının vəziyyəti isə orta ağır kimi qiymətləndirib. Faktla əlaqədar araşdırmalar aparılır.

mənbə: yenicag.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1290   Tarix: 03 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş