Avtomobildən göz muncuğu və dua asanlar CƏRİMƏLƏNİR

Avtomobildən göz muncuğu və dua asanlar CƏRİMƏLƏNİRAşqabadın yol polisi avtomobilindən yazı, dua, oyuncaq, həmail, o cümlədən dəvə yunundan hörülmüş "alaca" adlı ənənəvi ip asmış sürücüləri saxlayır.

BiG.AZ AzadlıqRadiosuna istinadən xəbər verir ki, sürücülərdən bu həmailləri avtomobilin salonundan çıxarmaq və 50 manat (14 dollar) məbləğində cərimə ödəmək tələb edilir.

Anonimlik şərti ilə danışan bir Aşqabad sakini radioya bildirib ki, yeni həmail qadağasının tətbiqi haqda xəbər ilk dəfə bir həftə öncə yayılıb: "Bazar günü, təxminən saat 11 radələrində yol polisi əməkdaşı məni saxladı və 3x2 santimetr ölçüsündə olan nəzər həmailini və maşının arxa hissəsindəki 15 santimetrlik oyuncağı avtomobilimdən yığışdırmağı tələb etdi. Polis əməkdaşı xəbərdar etdi ki, bundan sonra maşına buna bənzər əşyaların, habelə "Allah qorusun" tipli yazıların yerləşdirilməsi qadağandır. O mənə 50 manat (14 dollar) məbləğində cərimə yazdı", – özünü Gəldimurat kimi təqdim edən aşqabadlı sürücü deyir.

Sürücülərin sözlərinə görə, polis əməkdaşları avtomobilin salonunda həmail və oyuncaqların asılmasının qayda pozuntusu olduğunu və buna görə cərimə cəzasının qoyulduğunu sübut edən hər hansı rəsmi sənəd təqdim etmirlər. Bununla yanaşı, avtomobil müfəttişliyinin bəzi əməkdaşları bu qadağanı həmin əşyaların yol hərəkətinə törədə biləcəyi "təhlükə" ilə izah edirlər.

"Yol polisi əməkdaşları sürücülərə izah edirlər ki, bu əşyalar avtomobillə birlikdə zavodda istehsal edilməyib. Onlar bizə deyirlər ki, bu əşyalar sürücünün və avtomobilin yanından keçən digər sürücülərin diqqətini yayındırır və bu, yol hadisələrinin baş verməsinə səbəb olur", – Aşqabaddan olan daha bir sürücü deyir.

Sürücülər qeyd edirlər ki, uyğun qurumlar avtomobil sahiblərinə yeni qadağanın tətbiqiylə bağlı hər hansı rəsmi bildiriş göndərməyib. Onların sözlərinə görə, yerli KİV-lərdə də bu haqda hər hansı məlumat verilməyib.

Nə yol-patrul xidmətindən, nə də Aşqabad şəhər administrasiyasından hər hansı rəsmi açıqlama almaq mümkün olmayıb.

Qeyd edək ki, avtomobillərin salonuna həmaillərin, oyuncaqların və başqa bu kimi əşyaların yerləşdirilməsi qadağası Türkmənistanda nəqliyyat vasitələrinin zahiri görkəmi ilə bağlı ilk məhdudiyyət deyil. 2014-cü ildə ölkədə avtomobillərin şüşələrinin tündləşdirilməsi yasaqlanıb. Hökumət avtomobil sahiblərindən tündləşdirilmiş şüşələri çıxarmağı tələb edib. Sürücülər hətta maşını istehsal edən zavodun hazırladığı tünd şüşələri də çıxarmalı olublar. Bundan başqa, maşınlara qara disklər və spoylerlər taxmaq da qadağan edilib. Polis o zaman bu addımları da yol-nəqliyyat hadisələrini önləmək məqsədilə atdığını bildirib.

2013-cü ilin martında 5 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsi qadağan edilib. 2015-ci ildə isə hökumət Türkmənistana qara rəngli avtomobillərin idxalını yasaqlayıb.

Bu ilin yazında Aşqabad polisinin şəhəri köhnə avtomobillərdən «təmizləməyə» başladığı haqda məlumat yayılmışdı. Sakinlər polis əməkdaşlarının heç bir izahat vermədən şəhərin küçələrində nəqliyyat vasitələrini saxlayaraq, cərimə meydançasına apardıqlarını bildirirdilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3452   Tarix: 02 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190