Türkiyəyə aid gəmi batdı - 4 dənizçinin cəsədi tapılıb

Türkiyəyə aid gəmi batdı - 4 dənizçinin cəsədi tapılıb

Qara dənizdə Türkiyəyə məxsus itən yük gəmisində işləmiş 4 dənizçinin cəsədi tapılıb.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, gəminin və digər ekipaj üzvlərinin axtarışı davam edir.

Trend-in məlumatına görə, itən gəminin göyərtəsində 10 nəfər adam olub.

Axtarışlar Türkiyə Sahil-Mühafizə Xidməti tərəfindən aparılır.

APA TV xəbər verir ki, gəminin bəzi parçalarını dalğalar sahilə çıxarıb.

Xilasetmə və axtarış işlərinə helikopterlər də cəlb edilib.

Karqo gəmisi 1974-cü ildə istismara buraxılıb. Onun göyərtəsində 3080 ton yük olub.

Qeyd edək ki, bu gün Qara dəniz sahillərində, İstanbul regionunda yük gəmisi radarların nəzarətindən itib.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 422 Tarix: 01.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər