Arvadını öldürməmişdən öncə videosunu çəkib paylaşdı - FOTO

Arvadını öldürməmişdən öncə videosunu çəkib paylaşdı - FOTO

İstanbulun Esenyurt rayonunda dünən gecə yarısı arvadını maşınında öldürən şübhəli olaydan saatlar öncə çəkdiyi videonu sosial şəbəkə hesbından paylaşıb. Təhlükəsizlik kameralarına düşən hadisənin şübhəlisi cinayət sonrası yoxa çıxıb.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, arvadının qətlində adı hallanan İhsan A.-nın, boşanma ərəfəsində olduğu və həyat yoldaşından ayrı yaşadığı məlum olub. Hadisədən saatlar öncə İhsan avtomobili ilə həyat yoldaşı Şenay A.-nın qaldığı binanın önünə gəlib.

Həyat yoldaşının içərisində olduğu avtomobilin şüşəsini qıraraq silahdan açdığı atəşlə onu öldürən İhsan saatlar öncə mobil telefonu ilə çəkdiyi videonu sosial şəbəkə hesabında təqibçiləri ilə bölüşüb. İhsan maşın içərisində çəkdiyi video ilə yanaşı, hesabından paylaşdığı bir yazıda isə həyat yoldaşından ayrı qalmasının səbəbkarı kimi qayınanasını günahlandırıb:

"Bu ölümlərin səbəbi qayınanamdır. Biz çox xoşbəxt idik. Bir-birimizi çox sevdik. Ölümünə sevdik. Qız analarına səslənirəm. Allah xatirinə, imkan verin qızlarınız ərləri ilə xoşbəxt olsunlar. Bizi örnək götürün. Biz çox xoşbəxt idik" yazdığı üzə çıxıb.

Polis İhsan A.-nın saxlanılması üçün axtarışlarını davam etdirir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2409 Tarix: 01.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər