Ağcabədidəki dəhşətli partlayışın - VİDEOSU

Ağcabədidəki dəhşətli partlayışın - VİDEOSU

Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində baş vermiş partlayışın görüntüləri yayılıb.

BiG.AZ Baku.ws-ə istinadən xəbər verir ki, videoda aydın görünür ki, partlayış sahəsi olduqca böyükdür.

Sakinlər bir-birlərinə xəbərdarlıq edirlər ki, partlayışın baş verdiyi ərazinin yaxınlığından maşınlarını kənara çəksinlər.

"Mustafa, maşını çıxart bəri ordan", - deyə sakinlərdən biri qışqırır.

Hadisə rayonun Boyad kəndində baş verib. İlkin məlumata görə, çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb.
Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb.

Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 796 Tarix: 01.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər