Faiq Ağayev saytını dağıdanlara əsəbiləşdi: "Ermənilər gülür bizə..." - FOTOLAR

Faiq Ağayev saytını dağıdanlara əsəbiləşdi: "Ermənilər gülür bizə..." - FOTOLARXalq artisti Faiq Ağayev yenidən hakker hücumuna məruz qalıb.

BiG.AZ xəbər verir ki, "AzHack Team" qrupu kiber cinayət edərək müğənninin rəsmi saytını ələ keçiriblər. Onlar daha sonra ifaçıya "Faiq bəy, ana dilinizi unudub rus dilində sayt açanda bilmirdiz ki, belə olacaq?" işmarışını göndəriblər.

F.Ağayev hakkerlərə müraciət edərək bunları yazıb:

"Düz yolu azmış gənclərimizin aqibəti, bulanıq görünən gələcəyi qorxudur məni əslində. Çünki meyarlar, prioritetlər səhv seçilib. Vətənə sərhədsiz sevgi və ehtiram nümayiş edən bir xalq artistinin neçə illərdir ki, dondurulmuş saytının cəmi bir bölümünü haramcasına, oğurluqla əldə etmələri ilə arsızcasına öyünürlər.

Səbəb - saytın Azərbaycan dili bölməsi ilə bərabər (əlavə etdiyim fotoda bu aydın görünür) həm də rus dili bölməsinin olmasıdır. Sözüm məhz və bilavasitə onlaradır: Özünüzə zəhmət verib, 2001-ci ildə fəaliyyətə başlayan, hal-hazırda isə uzun müddətdir ki "under construction" vəziyyətdə olan rəsmi saytıma ayıq başla daxil olsaydınız, görəcəkdiniz ki, sayt iki dildədir.

Əsas Azərbaycan və yardımçı rus dillərində seçənəkləri var. Təbii ki, saytın xarici bir dildə də fəaliyyət göstərməsi bir Azərbaycanlı müğənninin ən azı 300 milyonluq rusdilli internet istifadəçi kütləsi arasında təbliğatı üçün hesablanmışdır.

Bir həmvətənlinizə səbəbsiz "amansızlıq" sərgiləməyiniz nə qədər dayaz düşüncəyə malik olduğunuzu göstərir. Demaqogiya və iyrənc vətənşüvənlik ilə ucuz, müəmmalı "şöhrət" qazanmaqdansa, gedin Vətənimiz haqda bütün dünyaya olmazın yalanlar, dəhşətli həqarətlər tirajlayan Xocalı soyqırımını belə məzxərəyə qoyan erməni saytlarını qırın.

Kəskin qınayıram sizi!

Ermənilər gülür bizə ucbatınızdan, zavallı "qəhrəmanlar".

Qeyd edək ki, hazırda sənətçinin rəsmi saytı proqramistlər tərəfindən yenidən hazırlandığı üçün sayta giriş qismən məhdudlaşıb.

Faiq Ağayev saytını dağıdanlara əsəbiləşdi: "Ermənilər gülür bizə..." - FOTOLARFaiq Ağayev saytını dağıdanlara əsəbiləşdi: "Ermənilər gülür bizə..." - FOTOLARFaiq Ağayev saytını dağıdanlara əsəbiləşdi: "Ermənilər gülür bizə..." - FOTOLARFaiq Ağayev saytını dağıdanlara əsəbiləşdi: "Ermənilər gülür bizə..." - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 671   Tarix: 01 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

15:43 202
.

"İlham Əliyev siyasəti qeyri mümkünü mümkünə çevirir"-DEPUTAT

"Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini vaxtından əvvəl tərk etdi. Artıq Azərbaycan öz suveren ərazisinə tamamilə özü nəzarət edəcək. Bu böyük tarixi hadisə və növbəti diplomatik qələbəmizdir. Bu diplomatik qələbəmiz həm də sapı özümüzdən olan baltalara verilmiş ən böyük cavab və layiql

10:19 36
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

19:45 74
.

Çində torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb

Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. xəbər verir ki, Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib. İtkin düşən kimi Şaoquan şəhərində 6, Qingyua

22.04.2024 237
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 312
.

Toya gələn bəy və gəlin qəzada öldü - ANBAAN VİDEO

Gəlini toyun keçiriləcəyi şadlıq evinə helikopterlə aparmaq istəyən bəyin bu sürprizi faciə ilə nəticələnib. -a istinadən xəbər verir ki, hadisə Braziliyada meydana gəlib. Helikopterin qəzaya uğraması nəticəsində bəy və gəlin, pilot və gəlinin qardaşı, həmçinin toy fotoqrafı həyatını itirib. Sözügedə

19:00 244
.

Sabah 30 dərəcə isti olacaq

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləy

14:46 221
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22.04.2024 310
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

16:06 244