Nyu-Yorkda terror hücumunu törədən şəxsin kimliyi açıqlandı - FOTO

Nyu-Yorkda terror hücumunu törədən şəxsin kimliyi açıqlandı - FOTO

ABŞ-ın Nyu-York şəhərində səkkiz nəfərin ölümünə səbəb olan terror aktının özbək əsilli şəxs tərəfindən törədildiyi bildirilib.

29 yaşlı Sayfullo Saipov yük avtomobilini piyadaların və velosiped sürən insanların üzərinə sürüb. Hadisə nəticəsində səkkiz nəfər vəfat edib, 12 nəfər yaralanıb. Polis tərəfindən vurulan Saipov nəqliyyat vasitəsində İŞİD-in bayrağını və hücumu terror təşkilatına sədaqətini göstərmək üçün törətdiyini yazdığı vərəq qoyub.

“New York Post”un məlumatına görə, Nyu-York meri Bill de Blasio hücumu qorxaqcasına törədilən terror aktı adlandırıb.

mənbə: inter.az
Nyu-Yorkda terror hücumunu törədən şəxsin kimliyi açıqlandı - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 949 Tarix: 01.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər