"Qarabağ" "Atletiko"nu yenə məyus etdi – yeni̇ləni̇b + vi̇deo

"Qarabağ" "Atletiko"nu yenə məyus etdi – yeni̇ləni̇b + vi̇deo

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, səfərdə İspaniyanın “Atletiko” komandasının qonağı olan Ağdam təmsilçiləri inamlı təsir bağışlayıblar.

“Metropolitano” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Hesabı 40-cı dəqiqədə Miçel açıb. 56-cı dəqiqədə isə Tomas meydan sahiblərinin bərabərlik qolunu vurub.

Bu qrupun digəri oyununda “Roma” doğma meydanda “Çelsi”ni 3:0 hesabı ilə məğlub edib.

Dörd turdan sonra C qrupuna səkkiz xalla “Roma” başçılıq edir, “Çelsi” yeddi xalla ikinci, “Atletiko” üç xalla üçüncü, “Qarabağ” isə dörd xalla sonuncu pillədə qərarlaşıb.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 995 Tarix: 01.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər