Türkiyə Super Liqasına niyə baxa bilmirik? (AÇIQLAMA)

Türkiyə Super Liqasına niyə baxa bilmirik? (AÇIQLAMA)Artıq bir müddətdir ki, Türkiyə Super Liqasının yayım hüququna sahib olan "Bein Sports" kanalının (Keçmiş "Lig TV") yayımı Azərbaycanda dayandırılıb. "Qaynarinfo"nun əldə etdiyi məlumata görə, kanalın yayım hüququna sahib olan "Digitürk"ün Bakıdakı nümayəndəliyindən abunəçilərə heç bir izahat verilməyib.

Yalnız ödənilən pullar geri qaytarılıb və yayımın nə vaxt bərpa olunacağını heç kimin bilmədiyi deyilib. Müştərilərin narazılığına baxmayaraq, şirkət tərəfindən heç bir açıqlama verilmir.

"Qaynarinfo" məsələni araşdırarkən bəzi məqamlar üzə çıxıb. Bəzi iddialara görə, kanalın Azərbaycanda yayımına qadağa qoyulub. Lakin qadağanın kimin tərəfindən və hansı səbəbdən qoyulduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Problemin səbəblərini öyrənmək üçün şirkətin Bakı təmsilçiliyi ilə əlaqə saxlamağ açalışdıq. Lakin telefona cavab verənlər bu barədə açıqlama vermədilər.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin müdiri Nemət Cavadov "Qaynarinfo"ya açıqlamasında "Bein Sports"un yayımının dayandırılması ilə bağlı MTRŞ tərəfindən heç bir qadağa və ya tələbin olmadığını bildirdi:

"Biz ""Bein Sports" adında heç bir şirkətə lisenziya verməmişik. Milli Televiziya və Radio Şurası "Digitürk"ə lisenziya verib ki, "Bein Sports"un yayım hüququ da həmin şirkətin əlindədir. MTRŞ "Bein Sports"un yayımı ilə bağlı xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üzrə xüsusi razılıq əsasında "Roberts Cafe" MMC-yə lisenziya verib. "Roberts Cafe" MMC-nin də "Bein Sports"un yayımını hansı səbəbdən dayandırması ilə bağlı bizdə məlumat yoxdur. Ola bilər ki, kanalla həmin şirkət arasında bağlanılan müqavilənin müddəti başa çatıb. MTRŞ-nın "Bein Sports"un yayımının dayandırılması ilə bağlı heç bir tələbi və ya qadağası olmayıb".

"Roberts Cafe" MMC 6 may 2013-cü il tarixli təsis edilib, 2 gün sonra Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. "Roberts Cafe" MMC ilə "Krea İçerik Hizmetleri ver Prodüksiyon" A.Ş. (Digitürk) arasında bağlanmış 1 sentyabr 2013-cü il tarixli Distribütörlük Müqaviləsinə əsasən "Digitürk"ə məxsus teleradio məhsullarının (DİGİPAKET) satış hüququ Azərbaycan və Gürcüstan ərazisində "Roberts Cafe" MMC-yə məxsusdur.

Milli Televiziya və Radio Şurasının 28 fevral 2014-cü il tarixli qərarı ilə "Roberts Cafe" MMC-yə teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət (teleradio yayımı) üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

"Bein Sports"un yayımında yaranmış preoblemin səbəblərini öyrənmək üçün "Roberts Cafe" MMC ilə əlaqə saxlamağa çalışdıq. Amma bütün cəhdlərimiz boşa çıxdı.

Onu da qeyd edək ki, "Bein Sports" şirkəti Fransanın PSJ klubunun da sahibi olan Nasir Əl Xelafiyə məxsusdur. Qətərli iş adamının şirkəti Türkiyə Super Liqası ilə yanaşı, İngiltərə Premyer Liqasının, İspaniya La Liqasının, Fransa Liqa 1-nin və Braziliya A Seriyasının yayım hüququna sahibdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1530   Tarix: 30 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746