Azərbaycan və Litva arasında rəsmi sənədlər imzalandı

Azərbaycan və Litva arasında rəsmi sənədlər imzalandıOktyabrın 27-də Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan Respublikası hökuməti və Litva Respublikası hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.
İclasda hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, komissiyanın Litva tərəfdən həmsədri, xarici işlər naziri Linas Linkyaviçyusun başçılıq etdiyi Litva nümayəndə heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas iştirak ediblər.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən BiG.AZ-a verilən məlumata görə, Litva xarici işlər naziri L. Linkyaviçyus iclas iştirakçılarını salamlayaraq hökumətlərarası komissiyanın fəaliyyətini yüksək qiymətləndirildiyini bildirib. Komissiyanın son iclasından keçən ötən müddət ərzində görülən işlər barədə məlumat verən nazir Komissiyanın fəaliyyətinin Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişlənməsində xüsusi rola malik olduğunu qeyd edib və ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. L. Linkyaviçyus deyib ki, Azərbaycan Cənubi Qafqazda Litvanın ən mühüm iqtisadi tərəfdaşıdır: "Litva-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük potensial var. Xüsusilə, yüksək texnologiyalar, neft-kimya, nəqliyyat, yeyinti sənayesi, toxuculuq sənayesi kimi sahələrdə əlaqələri inkişaf etdirmək lazımdır. Litva öz növbəsində Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirilməsi üçün körpü rolu oynaya bilər".

L. Linkyaviçyus vurğulayıb ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu bütün dünyaya məlumdur. O qeyd edib ki, yeni "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb. XİN rəhbəri Litvanın ali məktəblərində iki yüzdən çox azərbaycanlı tələbə təhsil aldığını söyləyib və bu tələbələrin gələcək mütəxəssislər kimi hər iki ölkənin elçiləri olduğunu bildirib.

Hökumətlərarası komissiyanın həmsədri, Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov səmimi qəbul üçün Litva tərəfinə öz təşəkkürünü bildirib və 2010-cu ildən fəaliyyət göstərən Azərbaycan-Litva hökumətlərarası komissiyasının ötən dövr ərzində ölkələr arasında ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə sanballı töhfə verdiyini, siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində bir çox layihələrinin reallaşdırılmasına dəstəklədiyini deyib. F. Məmmədov bu dövrdə dövlət və hökumət qurumlarının, bələdiyyələrin, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə çoxsaylı qarşılıqlı səfərlərin olduğunu xatırladaraq, əməkdaşlığın inkişafı üçün kifayət qədər böyük potensialın olduğuna da diqqət çəkib.

Qeyd olunub ki, son üç il ölkələrin regionları arasında əlaqələrin inkişafı baxımından daha səmərəli olub. 2014-cü ildə "Azərbaycanın Şəmkir və Litvanın Şyaulyay şəhərləri arasında qardaşlaşma münasibətləri yaradılması haqqında" Niyyət Protokolunun imzalanması ikitərəfli münasibətlərdə yeni mərhələdir. Bu baxımdan, Litvada istirahət mərkəzləri və müalicəvi kurortları ilə məşhur olan Druskininkay şəhəri ilə Azərbaycanın məşhur müalicəvi mərkəzləri – Naftalan şəhəri və Naxçıvandakı Duzdağ kompleksi arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları xüsusi qeyd edilməlidir.
F. Məmmədov Azərbaycanın iqtisadi imkanları və logistik potensialı barədə məlumat verərək qeyd edib ki, yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcək. O, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın müstəsna rolunu vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələri barədə məlumat verib.

İclasın sonunda Azərbaycan ilə Litva arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədə Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Litva Respublikasının xarici işlər naziri Linas Linkyaviçyus imza atıblar. Protokola əsasən, tərəflər əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraqları nəzərə alaraq bir sıra məsələlər barəsində razılığa gəliblər. Bunlara keçiriləcək sərgilər, konfranslar, biznes-forumlar barədə işgüzar dairələr üçün mütəmadi informasiya mübadiləsi, kimya və neft-kimya sənayesi, aqrokimya, əczaçılıq və tibbi avadanlıq üzrə ixtisaslaşan Litva şirkətlərinin Azərbaycanda yaradılmış sənaye parklarında, o cümlədən Sumqayıt kimya-sənaye parkında investorlar qismində iştirakının təşviq edilməsi daxildir. Tərəflər ticari-iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın tənzimlənməsi, ikitərəfli əməkdaşlığın müqavilə-hüquqi bazasının, energetika, kənd təsərrüfatı və ətraf mühit, nəqliyyat, rabitə və informasiya texnologiyaları, səhiyyə, təhsil və elm, mədəniyyət və turizm, gənclər və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə razılaşıblar.
Azərbaycan tərəfi Litvadan Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən Dağlıq Qarabağ regionunda və ona bitişik rayonlarda istehsal edilmiş məhsulun idxalına, ixracına, satışına və reallaşdırılmasına icazə verməməyi xahiş edib.

İclasda "Azərbaycan Respublikası hökuməti və Litva Respublikası hökuməti arasında xidməti pasport sahiblərinin vizadan azad edilməsi haqqında Saziş", "Azərbaycan Respublikası Vergilər Nazirliyi və Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumu" da imzalanıb.

Litvaya səfəri zamanı vergilər naziri F. Məmmədov bir sıra ikitərəfli görüşlər də keçirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 28 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 366
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

23.04.2024 178
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

23.04.2024 184
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23.04.2024 1263
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

10:00 118
.

Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin

Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind

23.04.2024 168
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23.04.2024 701
.

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb. xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lider

23.04.2024 187
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 464