"Balamın toyunu görmək istəyirəm" - Onurğa iflici olan Könül Xasıyeva

"Balamın toyunu görmək istəyirəm" - Onurğa iflici olan Könül XasıyevaBiG.AZ xalq artisti Könül Xasıyevanın "Kaspi" qəzetinə verdiyi müsahibəni ixtisarla təqdim edir:

Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artisti Könül Xasıyevaya ev hədiyyə edildi. Onurğa iflici xəstəliyindən əziyyət çəkən ifaçının səhhəti günü-gündən yaxşılığa doğru dəyişir. Üçotaqlı, tam təmirli mənzillə mükafatlandırılan xalq artisti yeni evinin Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşdiyini deyir. Deyir ki, ulu öndərimizin adını daşıyan məkana yaxın olması xüsusilə xoş ovqat yaradır.

- Könül xanım, sizi mənzil almağınız münasibəti ilə təbrik edirik.
- Təşəkkür edirəm. Mətbuat nümayəndələri məni daima diqqət mərkəzində saxlayıblar, siz də həmçinin. Var olun! Allah bizim Birinci vitse-prezidentimiz Mehriban Xanım Əliyevaya uzun ömür versin. O, bizim mələyimizdir. Arzularımızı həyata keçirən mələk.

- Biz sizə də uzun ömür arzulayırıq.
- Çox sağ olun. Var olasınız, Allah hər birinizdən razı olsun.

- Sizə ev veriləcəyini gözləyirdiniz?
- Bəli, gözləyirdim. Çünki biz Azərbaycanda yaşayırıq. Bizim ölkəmizin rəhbəri həmişə sənət adamlarına böyük diqqət və qayğı göstərib. Bunu danmaq olmaz, çünki bu, göz qabağındadır. Hər zaman dövlət başçımızın diqqətini üzərimizdə hiss etmişik. Ona görə sizdən heç nə gizlətməyəcəyəm, mən ev alacağımı gözləyirdim. Leyla Əliyeva şəxsən mənim müalicəmlə tez-tez maraqlanır, zəng etdirir, halımı xəbər alır. O, tapşırıqlarını verir, müalicənin yaxşı getməsi üçün əlindən gələni edir. Bizim dövlətimiz bütün bunları öz sənətkarına qarşı edir. Bizim həqiqətən də gözəl dövlətimiz var. Mən dövlət başçımıza, onun həyat yoldaşına öz minnətdarlığımı bildirirəm.

- Hazırda səhhətiniz necədir?
- Səhhətimə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım xüsusi diqqət ayırır. Heydər Əliyev Fondu da maliyyə ayırıb, yardım edir. Onlar da mənim sağlamlığım uğrunda çox əziyyət çəkirlər. İnsan ona dəyər verildiyini görəndə çox şad olur, sevinir. Sevincinin həddi-hüdudu olmur. Həkimlərimizin mənə deyirlər ki, səni Heydər Əliyev sarayında konsert verəcəyin günə qədər sağaldacağıq. Mən də həkimlərin dediyi o günü gözləyirəm. İnanıram ki, bir gün sağalacaq və o səhnədə konsert proqramı ilə çıxış edəcəyəm. Sizi əmin edirəm ki, jurnalistlər orada ön sırada olacaqlar. Onlar mənim başımın tacıdırlar. Mən sizə öz konsertimdən reportaj yazmağı arzulayıram. Siz mənim məxsusi qonağım olacaqsınız.

- Könül xanım, ürəyinizdə qalan hər hansı arzunuz varmı?
- Əlbəttə ki, arzular tükənməzdir. Mən Kazım balamın toyunu görmək istəyirəm. Allahdan tək arzum can sağlığıdır. Mən oğlumun xeyir işini görüm və onun boynuna kəlağayı salım. Noyabrın 17-də Kazımın 10 yaşı tamam olur. Onun toyunu görmək inşallah mənə nəsib olsun. Allah ömür nəsib etsin ki, mən o günü görüm. Onun əlini həyat yoldaşına həvalə edim, sonra özləri bilsin. Ona çox möhtəşəm bir toy keçirmək istəyirəm. Ən böyük arzum odur ki, Kazım dövlətimizə ləyaqətli bala kimi yetişsin. Fərqi yoxdur, hansı sahədə çalışacaq. Adi sürücü də olsa belə, ləyaqətli və vicdanlı olsun. İnsanları sevsin, dövlətini, vətənini, torpağını sevsin. Onu gələcəkdə belə bir övlad kimi görmək istəyirəm. Allah hamımıza övladlarımızın xoş gününü yaşatsın.

- İnsan dostunu da, düşmənini də dar və xoş günündə tanıyır. Siz həyatın bütün sınaqlarından üzüağ keçdiniz. Xoş və dar gününüzdə dost-düşməninizi tanıya bildinizmi?
- Mən insanları çox sevirəm. Qəlbimdə zərrə qədər də olsa kin-küdurət yoxdur. Allahın yaratdığı insanı istəməməyə ixtiyarım yoxdur. Hər kəs mənim dostum, can-ciyərimdir. Elə şeylər ağlımın ucundan da keçmədi ki, mən insanları sınaqdan keçirim. Belə bir şeyi etmədim. Hiss etdim ki, insanların dualarında yaşayıram. Bu gün həyatdayamsa o, insanların duaları sayəsindədir. Xalqın duası məni ayağa qaldırdı. Mən bütün xalqıma təşəkkürümü bildirirəm. Ona görə ki, onlar məni pis günümdə də, xoş günümdə də tək qoymadılar, hər zaman yanımda oldular, onların dualarından əskik olmadım. Şükür Allahın bu gününə. Oktyabrın 24-ü həyatımda duaların qəbul olunduğu gündür. Həmin gün mənə ev hədiyyə edildi. O günü heç vaxt unutmayacağam. Bu tarix mənim həyatımda qızıl hərflərlə bir tarix yazdı.

- Səsiniz hələ də yerindədirmi?
- Səhhətimdə problem olmasına baxmayın, səsimdə heç bir problem yoxdur. Allah mənim boğazıma sanki bir aparat qoyub. Onu məndən yalnız Allah ala bilər. İndi bir az zəifləmişəm, inşallah bunun da öhdəsindən gələcəyəm.

- Bizim ailədə sizə böyük hörmət var. Sizin səhhətinizlə bağlı yayılan xəbərlər bizi çox məyus etdi.
- Mənim adımdan məni soruşan, mənə görə narahat olan hər kəsə deyin ki, Könül Xasıyevanın səhhəti yerindədir, heç bir narahatlığa əsas yoxdur. Məni xalqın sevgisi yaşadır, sağ olsun xalqım. Allah onlara dəyməsin. Məni ayaqda tutan xalqımın xeyir-duasıdır. Mən özümü şanslı ifaçılardan hesab edirəm. Bütün ağsaqqallarımıza, ağbirçəklərinizə məndən salam çatdırın.

- Bundan əvvəl haqqınızda "Xərçəng xəstəliyindən əziyyət çəkir" məlumatı yayılmışdı. Bu məlumat doğru idi?
- Xeyr, əsla. Bir müddət mətbuatda yanlış məlumatlar getdi. Dedilər ki, guya xərçəng xəstəsiyəm. Hətta ölüm xəbərim belə yayıldı. Nə qədər xərçəng xəstəliyindən əziyyət çəkən insan varsa, Allah onlara kömək olsun. O xəstəlikdən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Doğmalarına səbir arzulayıram. Şükür ki, məndə bu gün o xəstəlik yoxdur. Düzdür, insanın sabaha təminatı yoxdur ki, həyatda olacaq, yoxsa yox. Kimin nə qədər yaşayacağını Allah bilir. Yazıya pozu yoxdur. Ancaq elə şey olmayıb. Bu, yanlış informasiya idi.

- Bu xəbərlər psixoloji olaraq sizə təsir etdimi?
- Əlbəttə ki, etdi. Bir müddət mətbuatda mənim haqqımda ölüm xəbərim yayılmışdı. İnternetdən bu xəbəri oxuyanda bir müddət özümə gələ bilmədim. Belə şey olarmı? Telefonun dəstəyini qaldıran kimi mənə başsağlığı verirdilər. Elə bilirdilər ki, dəstəyi götürən mənim hansısa qohumumdur. Bu, dəhşətdir. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Telefonu kimə açırdımsa deyirdilər ki, bəs deyirlər sən ölübsən. Ancaq bilmirdilər ki, dəstəyi mən qaldırıram. Saysız başsağlığı SMS-ləri alırdım. Əlbəttə ki, bu, psixoloji olaraq mənə pis təsir edirdi. Bir insanı ölü kimi təqdim etmək təbii ki, təsirsiz ötüşmür. Mən də çox əzab çəkirdim. Bilmədən, xəbəri olmadan, maraqlanmadan, araşdırmadan jurnalistin, söz adamının yanlış yazması bağışlanılmazdır. Mən mətbuata açıq adamam, onlar mənimlə əlaqə saxlasaydılar, həyatda olduğumu deyərdim. Əgər jurnalist işinin peşəkarıdırsa, o, məlumatı dəqiq şəkildə öyrənməli, mənimlə əlaqə saxlamalı, sonra yazmalıdır. Xalqla bizim aramızda körpü rolunu oynayan məhz jurnalistlərdir. Mən istəməzdim ki, insanların hissiyyatı ilə bu qədər oynasınlar. İnsanlar da onların yazılarını oxuyub məyus olmuşdular. Xalqa hər zaman düzgün məlumat ötürmək lazımdır. Bu, onların vəzifə borcudur. Düzdür, jurnalistlərin içində peşəkarları da var, bu sözlərimi hər jurnalistə aid etmirəm. Ancaq istənilən halda düzgün deyildi.

- Sizə el arasında "bala Şövkət" deyə xitab edirlər. Bu ləqəb necə verilib?
- Deyirlər ki, xarici görkəminizdə oxşarlıq var. Mənim anamla bir şəklim var. Evdə göz önünə qoymuşam. Kim bizə gəlirsə, deyir ki, sən eynilə Şövkət Ələkbərovaya bənzəyirsən. Hətta şəklə baxıb, "Şövkət xanımın sizdə şəkli hardandır" soruşanlar da olur. Deyirəm ki, bu, mənəm, Şövkət xanım deyil. Mən onları inandıra bilmirəm ki, o xanım mənəm. Ona görə mənə "Balaca Şövkət" deyirlər. Sizə bir şəkil göndərəcəyəm, baxandan sonra o sualın cavabını özünüz tapacaqsınız.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2145   Tarix: 27 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059