Bakıda özünü asmaq istəyən iki uşaq anası xilas edilib

Bakının Xəzər rayonunda özünü asan qadın qohumları tərəfindən xilas edilib.

BiG.AZ report.az-a istinadən bildirir ki, intihara cəhd hadisəsi Binə qəsəbəsində qeydə alınıb.

"Südçülük sovxozu"nda yaşayan 1985-ci il təvəllüdlü Məmmədova Gülnar Əli qızı yaşadığı evdə özünü asıb. Qohumları onu görərək boğulmaqdan xilas ediblər. Lakin qadının vəziyyəti ağır olduğundan o, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.
G.Məmmədova ailəlidir, onun iki azyaşlı övladı var.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 913 Tarix: 27.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər