Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən BiG.AZ-a verilən məlumata görə, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 “B” ünvanında yerləşən yaşayış binasında istehlakçıların təbii qaza olan təlabatının təmin edilməsi məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

“Azəriqaz” İstehsalat Birliyi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2790 Tarix: 26.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər