Elmi şurada qərar qəbul edildi: Universitet müəllimlərinin maaşı artırıldı - 100-50 AZN

Elmi şurada qərar qəbul edildi: Universitet müəllimlərinin maaşı artırıldı - 100-50 AZN

Azərbaycan Texniki Universitetində (AzTU) noyabrın 1-dən etibarən əməkhaqları artırılacaq.

BiG.AZ xəbər verir ki, bu barədə universitetdən AzVision.az-a məlumat daxil olub. Verilən məlumata görə, AzTU-nun Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əməkhaqları 100 AZN məbləğində artacaq.

Tədris-köməkçi və xidmətedici heyətinin əməkhaqları isə 50 AZN məbləğində artacaq.

Növbəti ayın 1-dən hesablanacaq artıma əsasən, universitetin ümumi əməkhaqqı bazası 15 faiz çoxalacaq.

AzTU-nun Elmi Şurasında əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan müzakirələrdə universitetin rektor əvəzi Xalıq Yahudov bildirib ki, əməkhaqlarının 2018-ci ilin əvvəlində yenidən artırılması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində əməkhaqları sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1191 Tarix: 26.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər