70 yaşlı kişi həmkəndlisini öldürüb basdırdı – Torpaq üstündə dava - FOTO

70 yaşlı kişi həmkəndlisini öldürüb basdırdı – Torpaq üstündə dava - FOTO

70 yaşlı kişinin dəhşətli cinayət hadisəsi törətdiyi iddia edilir. Hadisə Aydın əyalətinin Nazilli mahalında baş verib.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, iki 70 yaşları olan adam torpaq sahəsi üstündə mübahisə edib. Bu mübahisədən sonra Ülfet Özcan adlı şəxs itkin düşüb.

Hadisəylə bağlı polis axtarışlara başlayıb. İtkin düşən şəxsin cəsədi yaşadığı evdən 3-4 km uzaqlıqda torpağa basdırılmış halda tapılıb. Onun üzərində aparılan tibbi müayinə nəticəsində başından vurularaq öldürüldüyü məlum olub.

Sözügedən şəxsi öldürməkdə şübhəli bilinən 70 yaşlı Kazım Təkəli isə göz altına alınıb.

70 yaşlı kişi həmkəndlisini öldürüb basdırdı – Torpaq üstündə dava - FOTO
70 yaşlı kişi həmkəndlisini öldürüb basdırdı – Torpaq üstündə dava - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1284 Tarix: 22.10.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol