"Hər şey bir öpüşə görə oldu" - "Qarabağ"ın futbolçusu qızının ölümü barədə

"Hər şey bir öpüşə görə oldu" - "Qarabağ"ın futbolçusu qızının ölümü barədəHaiti milllisinin və "Qarabağ"ın futbolçusu Donald Gerye "Le Nouvelliste"yə müsahibə verib.

Yenicag.az sözügedən müsahibəni təqdim edir:

– Oktyabrın 14-ü qızınızın vəfatından sonra özünüzə gəlməyinizi gözlədik. Haitidə Çempionlar Liqasında "Atletiko"ya qarşı oynamağınıza çox sevindilər. Bu matçda oynamağa özünüzdə necə güc tapdınız?

– Miah Manettenin vəfatı məni bu matçda oynamağa məcbur etdi. O, meydana çıxmağımı istəyərdi. Bunu fikirləşib, özümdə güc tapdım. Miah üçün oynadım.

– Komandanız ÇL-in qrup mərhələsini tarixində ilk xalını qazandı. Bundan əvvəl ÇL-in qrupuna düşdüyünüz üçün Azərbaycanda hamının sevindiyini demişdiniz. Bəs, qolsuz heç-heçəyə necə münasibət göstərdilər?

– Hər kəs bu nəticədən razı qaldı. Bu, futbolun nəticəsinin proqnozlarla deyil, meydanda müəyyənləşməsinin sübutudur. Bütün dünya "Barselona" ilə heç-heçə edən "Atletilo"nun qalib gələcəyini düşünürdü. Lakin nəticə hər şeyi göstərdi.

– "Qarabağ" "Çelsi" ilə matçla müqayisədə, "Atletiko"yla görüşdə taktiki irəliləyiş etdi. Bu qədər tez öyrənmək üçün nə etdiniz?

– İrəliləyişə gəldikdə, deyərdim ki, komandamız çətin matçlarda oynamağa adət etmiş peşəkar futbolçulardan təşkil olunub. Tez adaptasiya olmağımız normaldır.

– Qızınızın vəfatındansonra "Atletiko"ya qarşı oynamaq üçün kim sizi motivasiya etdi?

– Miah doğulan zaman virusa yoluxmuşdu. Bu, anasının yaxın qohumu xəstəxanaya gələn zaman onu öpdüyü üçün baş vermişdi. Həmin qadının ağzının küncündə yara var idi, oradan keçib. Virus beyinə keçdiyi üçün yeni doğulmuş uşaqlar üçün təhlükəlidir. Virus tez yox olmasa, gələcəkdə uşağın ayaqlarının iflic olmasına gətirib çıxardır. Xoşbəxtlikdən iflic olmağın qarşısını almaq üçün virusa yoluxduğunu tez öyrənmişdik. Lakin bu, digər fəsadların qarşısını almaq üçün kifayət deyil. Virus məhv edilsə də, həkimlər bizi Miahda epileptik tutmanın olacağı barədə xəbərdar etmişdilər. Bu hal baş verən zaman ona təcili kömək etmək lazım idi. Tədricən bu cür tutmalar azalmışdı və Miah yaxşı idi. Lakin ötən cümə axşam vaxtı yataqda uzandığı vaxt tutma baş verdi və ona qalib gəldi.

– Anası bu faciəyə necə reaksiya verdi?

– O, çarəsizdir.

– "Atletiko" ilə oyunda psixoloji baxımdan problem yaşamamaq üçün komanda ilə nə etdiniz?

– Diqqət yetirsəydiniz, meydana qolumda Haiti bayrağı ilə çıxğımı görərdiniz. Biz haitilər problemlərə və çətinliklərə öz mədəniyyətimizdən irəli gələn formada reaksiya veririk. Buna görə də problemlər qarşısında yaşamağa davam etməliyik. Mənim üçün işim Miahı sevməyə davam etmək üçün yeganə vasitədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6267   Tarix: 21 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758