11-ci sinfi şagirdinin ölümünə səbəb olan "zavuç" 500 MANAT CƏRİMƏ EDİLDİ

11-ci sinfi şagirdinin ölümünə səbəb olan "zavuç" 500 MANAT CƏRİMƏ EDİLDİSumqayıtda orta məktəb şagirdinin ölməsində təqsirli bilinən Zəngilan rayon sakini, 1967-ci il təvəllüdlü Qəfər Hacıyevin işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ lent.az-a istinadən məlumatına görə, Sumqayıt şəhər 17 saylı orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini olan Qəfər Hacıyev 2013-cü il, mayın 13-də dərsə gecikmiş 11b sinif şagirdi Azad İlyasovun və digər 15-20 nəfər şagirdin gecikmə hallarının qarşısını almaq fikrinə düşüb gəlib.

O, şagirdlərə cəza tədbiri tətbiq etmək qərarına gəlib. Bu məqsədlə o, çoxsaylı şagird qrupuna məktəbin stadionunda qaçmaq barədə qanunsuz göstəriş verib. Həmin göstərişin yerinə yetirilməsi üçün stadionda bir neçə dövrə vurduqdan sonra fiziki gərginliyin nəticəsində təngnəfəs olan Azad İlyasov yerə yıxılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq, Azad İlyasov ürək çatışmazlığından ölüb.

Qəfər Hacıyev qanunsuz hərəkətləri ilə Azadın ölümünə səbəb olub. Azad İlyasov 19 oktyabr 2011-ci il tarixdən Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasında hipotrofik-kardiomiopatiya diaqnozu ilə qeydiyyatda olub.

Qəfər Hacıyevin barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qəfər Hacıyevin Azad İlyasovun ölümündə günahkar olması sübuta yetirilməyib və buna görə də onun barəsində bəraət hökmü çıxarılıb.

Hökmdən bir müddət əvvəl Baş Prokurorluq protest versə də, Sumqayıt Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Prokurorluq məhkəmənin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmədə işə baxan hakimlər prokurorluğun protestini təmin edib və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

Bu dəfə protest hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə araşdırılıb.
Qərara görə, Sumqayıt şəhər Məhkəməsinin bəraət hökmü ləğv edilib və Qəfər Hacıyevin barəsində ittihamedici hökm çıxarılıb.

Yeni hökmə əsasən, Qəfər hacıyev Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirli bilinib. O, 1 il müddətə rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 500 manat məbləğində cərimə cəzasına məhkum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4360   Tarix: 19 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250