Qurban Qurbanov penalti epizodundan danışdı: "Hakim..."

Qurban Qurbanov penalti epizodundan danışdı: "Hakim..."Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsinin 3-cü turunda "Atletiko" ilə bərabərə qalıb.

0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına qatılıb. O, əvvəlcə qarşılaşma barədə fikirlərini bildirdikdən sonra, jurnalistlərin suallarını cavablandırıb.

– Bütün futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Həqiqətən də ağır idi. Oyunun sonuna qədər var gücümüzlə oynadıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Sonadək bizimlə oldular. Çox vacib xal qazandıq.

– "Qarabağ" bundan əvvəlki oyunları niyə belə oynamırdı?
– Hamımıza məlumdur ki, bir işə yeni başlayanda həyəcan çox olur. Bu gün bərabərə qaldıqsa, bu o demək deyil ki, rəqiblə başabaş mübarizə apardıq. Tədricən daha da yaxşı oynayacağıq. Təcrübə daha böyük rol oynadı.

– Oyundan sonra Dino Ndlovu ilə söhbətiniz oldumuz? Penalti epizodu ilə bağlı nə deyə bilərsiniz?
– Hakim yanlış qərar verdi. Hətta penalti olmasaydı belə, ondan əvvəlki epizodda "sarı" verməməliydi. Dinonun özü də çox üzgün idi. Hamımız da bunu normal qarşıladıq.

– Bu günlərdə övladını itirən Donald Gerrye "Atletiko" ilə matça psixoloji cəhətdən hazır idi?
– Övlad itirmək çox ağırdı. Komanda olaraq, onun yanında olduq. Mənim də görüşümdən sonra gəlib, məşqdə iştirak etdi. Futbol bəzən ağrı və acını yaddan çıxarır. Ona ehtiyacımız var idi. Matçın sürətini artırmaq və hava toplarında daha kəsərli olmaq üçün Gerryeni meydana buraxdım.

– Matçın sonlarında zədə alan Bədavi Hüseynovun durumu nə yerdədi?
– Həkimlərin bu gün dediyi fikir heç də xoş deyil. Dizində ağrıları var. Sabah rentgendən keçəcək, ondan sonra dəqiq bilinəcək.

– Hakim matçın əsas vaxtına 3 dəqiqə əlavə edəndə və "Atletiko"nun son hücumları zamanı nə düşünürdüz?
– Düşünəcək bir şey yox idi. Tanış hisslərdi. Cərimə zərbəsi təyin etdiyi epizodda bir az anlaşılmazlıq oldu. Mən də narazılıq etdim. Çünki yan xətt hakimi ofsayd olduğunu işarə etmişdi. Amma epizodu analiz etdikdən sonra baş hakimin düzgün qərar qəbul etdiyini anladıq. Final fitinə qədər fikrim oyunda idi. Buna görə də, başqa heç nə düşünmürdüm.

– Bu gün meydandan qovulan Dino Ndlovunu Madriddəki qarşılaşmada kim əvəz edəcək? Bununla bağlı UEFA-ya şikayət edəcəksizmi?
– Variantımız çox deyil. Ya Mahir Mədətov, ya da Ramil Şeydayev oynayacaq. Buna vaxtı çatanda qərar verəcəyik. Epizodlara gəlincə, hakimin haqlı və ya haqsız olduğuna baxacağıq. Amma müraciətə ehtiyac görmürəm. Futbolda belə hallar olur. Bir dəfə şikayət etdik, aldığımız cavab hər kəsə bəllidi. Başımızı aşağı salıb, oyunumuzu göstərməliyik. Bizim müraciət edib, vaxt itirməyə ehtiyacımız yoxdu.

mənbə: yenicag.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3747   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641